MƏDƏNİ
A- A A+

Azərbaycan muğamını təbliğ edən amerikalı musiqiçi

2017-11-02 10:35:55

.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində (AMMDM) Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı Cefri Verbokla görüş keçirilib.

Muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova C.Verbok haqqında məlumat verib. Bildirilib ki, ölkəmizə ilk dəfə ötən əsrin 70-ci illərində gələn C.Verbokun növbəti səfəri 90-cı illərin əvvəllərinə təsadüf edib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğalı, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi o illərin ağrı-acısını əks etdirirdi. Həmin dövrdə heç kimin muğam haqqında düşünməməsinə baxmayaraq, amerikalı musiqiçi Bakıda muğamı dinləyib. Artıq kamançada ifa etməyi bacaran və muğamın sirlərinə yiyələnən C.Verbok Azərbaycan mədəniyyətini, muğamı ABŞ-da təşviq etmək qərarına gəlib.

Azərbaycan milli geyimində səhnəyə çıxan, Dağlıq Qarabağın muğamın Vətəni, Azərbaycan mədəniyyətinin beşiyi olduğunu söyləyən Cefri Verbok bu çətin, mürəkkəb və zərif musiqini anlamağa çalışdığını bildirib. O, universitet səviyyəsində muğamın ilkin bazasını tədris etdiyini deyib. Sonra C.Verbok tarda “Segah” muğamını ifa edib. Amerikalı musiqiçi muğamı daha dərindən anlamaq üçün iştirakçıları daxili aləmlərini dinləməyə çağırıb. O, muğamın sirlərindən danışaraq bildirib ki, musiqi özü insanı onu dinləməyə sövq edir. “Segah” muğamını kamançada da çalan Cefri Verbok tələbələrinin əsasən gənclərdən ibarət olduğunu deyib.

Amerikalı musiqiçi bildirib ki, Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşır, onlar üçün əlverişli imkanlar yaradır. Buna baxmayaraq, məcburi köçkünlər doğma yurdlarına dönmək arzusu ilə yaşayırlar. Qaçqın düşərgələrində azyaşlı uşaqların belə muğamı ustalıqla ifa etmələrinə valeh olduğunu deyən C.Verbok bildirib ki, Qarabağın gözlə görünməyən mistik, sirli təsiri var, bu səbəbdən də oradan olan uşaqlar muğamı çox incəliklə oxuyurlar. Kolumbiya universitetində çəkdiyi “Gənc səslər, qədim nəğmə” filmində bu uşaqların muğam ifasını təqdim etdiyini, həmkarlarının bu sehrli musiqiyə heyran qaldıqlarını vurğulayıb. O, Azərbaycanda olanda özünü həqiqi azərbaycanlı saydığını deyib.

Tədbirdə Cefri Verbokun Azərbaycan muğamının təbliğində göstərdiyi fəaliyyət yüksək dəyərləndirilib və ona xatirə hədiyyələri təqdim olunub.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 777

QHT və MEDİA

2019-11-14 18:30:59

QHT və MEDİA
Şuranın dəstəyi ilə yaradılan grant.az s...
Şuranın dəstəyi ilə yaradılan grant.az s...

Tədbirdə dövlət qurumlarının nümayəndələri , QHT rəhbərləri və media əməkdaşl...

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...