MƏDƏNİ
A- A A+

“İslam həmrəyliyinin təbliği ilə bağlı QHT-lərə informasiya dəstəyinin göstərilməsi” layihəsi yekunlaşıb

2017-11-01 11:30:35

QHT-lərin islam həmrəyliyi ilə bağlı fəaliyyəti QHT TV-də işıqlandırılıb

QHT-lərin islam həmrəyliyi ilə bağlı fəaliyyəti internet televiziyasında işıqlandırılıb Oktyabrın 31-də Milli QHT Forumunun Resurs və Təlim Mərkəzində “İslam həmrəyliyinin təbliği ilə bağlı QHT-lərə informasiya dəstəyinin göstərilməsi” layihəsinin yekunları ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub.

Layihə "İslam həmrəyli ili" çərçivəsində görülən işlərin təbliğ edilməsi, QHT-lərin bu mövzuya tövhəsini ictimailəşdirməkdən ibarət olub. “İslam Həmrəyliyi İli” çərçivəsində QHT-lər tərəfindən xeyli sayda tədbirlər həyata keçirildiyini qeyd edən təşkilat rəhbəri imkan çərçivəsində bu tədbirlərin işıqlandırılmasına çalışdıqlarını bildirib. Belə ki, "İslam həmrəyli ili" çərçivəsində keçirilən tədbirlər çərçivəsində QHT-lərin həyata keçirdiyi nümunəvi layihələr və tədbirlər ilə bağlı 12 video material hazırlanaraq, QHT TV internet televiziyasında yayımlanıb. Həmin materiallar eyni zamanda QHT TV-nin youtube, facebook və myvideo.az səhifələrində yayımlanıb. Video reportajların bəzilərin studiya şəraitində, digərlərinin isə həyata keçirilən müxtəlif tədbirlərdən reportaj və müsahibələr formatında hazırlanıb.

Cəsarət Hüseynzadə eyni zamanda layihəyə əlavə tövhə olaraq, QHT-lərin digər fəaliyyətləri haqqında da 12 videoreportaj hazırlandığını qeyd edib. Təşkilat rəhbəri QHT TV layihəsinin inkişafı üzərində işlərin davam etdirildiyni, eyni zamanda vətəndaş cəmiyyətinin inkişafına yönəlik yeni layihələrə də imza atacıqlarını bildirib.

Tədbirdə iştirak edən QHT rəhbərləri tərəfindən “İslam həmrəyliyi ili” çərçivəsində həyata keçirilən fəaliyyətlər yüksək qiymətləndirilib. Eyni zamanda QHT-lərin bu sahəyə diqqət ayırmasın və bu istiqamətdə layihələrin icrasının vacibliyi qeyd olunub.

Təşkilat rəhbərləri eyni zamanda yeni yaranan QHT TV-nin fəaliyyətinin məqsədə müvafiq olduğunu və bu fəaliyyətinin genişlənməsi zərurətini qeyd ediblər. Tədbir müzakirə və diskussiyalar ilə davam edib. videoreportaj https://www.youtube.com/watch?v=geYX9t_XBCY


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 929

QHT və MEDİA

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...

2019-11-28 18:05:33

İQTİSADİ
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020...