2017-11-01 10:45:21 | QHT VƏ MEDİA
Tbilisidə keçirilən beynəlxalq konfransda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəstəklənib

.

Tbilisidə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması və vətəndaş cəmiyyətinin yeni missiyası” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyinə dəstək ifadə olunub. Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Kamil Səlimov konfransdakı çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri barədə danışıb. Cənubi Qafqazdakı mövcud münaqişələri müqayisəli təhlil edən alim bu cür problemlərin həllində beynəlxalq təşkilatlarla yanaşı, vətəndaş cəmiyyəti institutlarının rolunun vacibliyini vurğulayıb. Alim bildirib ki, Azərbaycan dövlətinin münaqişə ilə bağlı mövqeyi bəllidir və dəyişməzdir. Rəsmi Bakı münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə ədalətli həllinə tərəfdardır.

Tarixçi alim, politoloq Quram Marxuliya çıxışında deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Lakin bu qurum uzun illərdir ki, münaqişənin həlli ilə bağlı irəliləyişə nail ola bilməyib. Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cəsarətli mövqeyi dəyişməzdir. Azərbaycan bu münaqişənin, eləcə də digər problemlərin sülh yolu ilə həllinin tərəfdarıdır.

Ermənistan nümayəndəsi, tarixçi Artur Ağacanov da çıxışında Dağlıq Qarabağ münaqişənin ağır nəticələrindən danışıb, əsir və girovların qaytarılmasının, atəşkəsə birmənalı şəkildə əməl olunmasının vacibliyini qeyd edib. Bakıda doğulduğunu vurğulayan A.Ağacanov deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupu fəaliyyətini gücləndirməlidir. Rusiyadan olan jurnalist, xüsusi şərhçi Yevgeni Mixaylov da Azərbaycanın mövqeyini dəstəkləyib və Ermənistanı konstruktiv mövqe tutmağa çağırıb.

Sonra konfrans panel iclaslarla işini davam etdirib. “Vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin rolu” mövzusunda keçirilən birinci paneldə Özbəkistan, Almaniya və Ermənistan nümayəndələri Qafqaz regionunda mövcud olan münaqişələrin həllində vətəndaş cəmiyyətlərinin rolunu qeyd edib, KİV-lərdə yayımlanan qeyri-dəqiq, qərəzli məlumatların cəmiyyət üçün ciddi təhlükələr yaratdığıni bildiriblər.

“Dağlıq Qarabağ münaqişəsi azərbaycanlı və erməni qadınların gözü ilə” adlanan ikinci paneldə Azərbaycan, Türkiyə və Ermənistandan olan nümayəndələr münaqişənin həlli ilə bağlı fikirlərini bölüşüblər.

“Beynəlxalq təşkilatların və dini liderlərin baxışları” adlı üçüncü paneldə ABŞ, Rusiya və Çexiyadan olan siyasətçilər çıxış edib, münaqişələrin həllində beynəlxalq təşkilatların rolunun artırılmasının vacibliyini bildiriblər. Vurğulanıb ki, vətəndaş cəmiyyəti institutları arasında dini qurumların, icmaların böyük rolu var və dini liderlər münaqişələrin həllində xüsusi rol oynaya bilərlər.

Müzakirələr zamanı Azərbaycan dövlətinin və xalqının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin dəyişməz olduğu xüsusi vurğulanıb. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətində dəyişiklik edilməlidir. Bu qurum münaqişənin həllinə daha ciddi yanaşmalı və konkret addımlar atmalıdır.

Qeyd edək ki, oktyabrın 30-da Tbilisidə keçirilən “Ermənistan-Azərbaycan Sülh Platforması” çərçivəsində təşkil olunan konfransda 18 ölkədən siyasətçilər, QHT və KİV nümayəndələri iştirak ediblər.

“Ermənistan-Azərbaycan Sülh Platforması”nın qapalı iclasında “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın yaradılması və onun Nizamnaməsinin təsdiq edilməsi haqqında qərar qəbul olunub.(Azərtac)

Baxış sayı : 987
“Qabarlı əllərin möcüzələri” 2020-09-20 14:35:26 “Eurasia Review” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc olunub 2020-09-20 08:00:26 Prezident İlham Əliyev: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” 2020-09-19 22:30:42 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu” 2020-09-18 19:45:54 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər 2020-09-19 09:20:53 "Arşın mal alan"ın əbədi şöhrəti və erməni xəbisliyi - Üzeyir Hacıbəyli - 135 2020-09-19 08:15:16 Tural Gəncəliyev: Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün fikiryayındırıcı addımlar atır 2020-09-19 08:10:35 “Güllələnmiş qətl edilmiş Qarabağ mədəniyyəti: Şuşa filminin çəkilməsi” layihəsi start götürüb 2020-09-18 19:55:48 Üzeyir Hacıbəyliyə həsr olunmuş elektron məlumat bazası təqdim edilib 2020-09-18 18:30:45 İşğal olunmuş ərazilərimizdə abidələrin dağıdılması məsələsi daim gündəmdədir 2020-09-18 10:15:02 ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb 2020-09-18 09:05:25 Türkiyəli professor: Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılmasının qarşısı alınmalıdır 2020-09-18 07:45:56 Rusiya XİN-dən ermənilərin Azərbaycanın ərazilərinə köçürülməsinə münasibət 2020-09-18 07:15:36 Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb 2020-09-18 06:20:43 “İrsimizin qorunması məsələsində hamını aktivliyə çağırıram” 2020-09-17 20:25:14 Qaydalara əməl et, özünü, yaxınlarını və cəmiyyəti qoru! 2020-09-17 18:00:39 “Repressiya” adlı yeni layihə çərçivəsində ilk sənədli film Mikayıl Müşfiqə həsr olunub 2020-09-17 09:55:10 Ərəb jurnalist: Ermənistan Livandan Qarabağa erməni ailələrini deyil, yaxşı təlim keçmiş silahlıları köçürür 2020-09-17 09:45:10 Yalnız səngərdə deyil, diaspor sahəsində də məğlubiyyət xaricdəki erməniləri qəzəbləndirib 2020-09-17 09:05:16 “Elmi nəticələr COVID-19-un sonunun yaxınlaşdığını əlamətləndirir” 2020-09-17 08:45:17 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı 2020-09-17 07:25:31 QHT layihə çərçivəsində İsmayıllıda tədbir keçirib 2020-09-16 17:45:27 QHT “Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirib 2020-09-16 17:15:36 Azərbaycanda görülmüş işlər onu postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasına çıxaracaq 2020-09-16 10:55:00