TƏDQİQATLAR
A- A A+

Bakı-Tbilisi-Qars layihəsinin reallaşması Azərbaycan iqtisadiyyatının daha da inkişafı üçün yeni imkanlar yaradacaq

2017-10-30 22:00:48

.

Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışı Azərbaycanın tarixində ən əlamətdar hadisələrdən biri kimi yadda qalacaq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri bizim üçün nə qədər əhəmiyyətlidirsə, nə qədər tarixi məzmun kəsb edirsə, Bakı-Tbilisi-Qars da bir o qədər tarixi əhəmiyyətə malikdir.

Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib. Elman Nəsirov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti, Türkiyə, Gürcüstan dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərimiz bu layihəni reallaşdırdı. Ümumiyyətlə, belə qlobal miqyaslı layihələrin reallaşmasında dövlətimizin başçısının siyasi iradəsi mühüm rol oynayır. Bu layihənin gerçəkləşməsi bizim çox böyük nailiyyətimizdir. Bu layihənin reallaşması nəticəsində Azərbaycanın tranzit ölkə kimi imkanları xeyli genişlənəcək və əlavə valyuta qazanmaq imkanlarımız artacaq, Azərbaycan iqtisadiyyatının daha da inkişafı ilə bağlı yeni imkanlar yaranacaq. Heç şübhəsiz ki, bu, ölkəmizin iqtisadiyyatının şaxələndirilməsi, neft gəlirlərindən asılılığın azaldılması, ixracatın stimullaşdırılması prosesinə də öz töhfəsini verəcək. Əsas məsələlərdən biri də odur ki, Azərbaycan Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində əsas bağlayıcı funksiyanı həyata keçirir. Bu layihənin reallaşdırılması nəticəsində bizim bu funksiyamız möhkəmlənəcək. Bu layihənin reallaşdırılması sayəsində Azərbaycan növbəti dəfə bütün dünyaya onu nümayiş etdirəcək ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən istənilən addım nəticə verir. Azərbaycan növbəti dəfə bütün dünyaya nümayiş etdirdi ki, böyük layihələrin reallaşdırması istiqamətində əsas söz sahibidir. Təbii ki, bununla Azərbaycanın beynəlxalq mövqeyi daha da güclənmiş olacaq.

Onu da qeyd etmək yerinə düşər ki, bu hadisə Ermənistanda sanki bir matəm kimi qarşılanıb. Ermənistanda çox gözəl dərk edirlər ki, bu layihənin reallaşması nəticəsində Azərbaycan daha da qüdrətli, daha da güclü olacaq, iqtisadiyyatı daha da inkişaf edəcək, təbii ki, daha böyük hərbi potensialı olacaq. Getdikcə daha da zəifləyən, iqtisadi iflas məngənəsində çabalayan, işğalçılıq siyasətinə görə təcrid vəziyyətinə düşən və ölkədə immiqrantların sayının kəskin şəkildə artması reallığı ilə üz-üzə qalan Ermənistan artıq bu hadisəni də özü üçün bir faciə kimi yaşayır. Amma Ermənistan işğalçılıq siyasətinə son qoyarsa təbii ki, yeni vəziyyət yaranmış olar və Ermənistanın bu layihələrdə iştirakı məsələsinə yenidən baxıla bilər. Amma mövcud vəziyyətdə Ermənistan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan istənilən layihədən, o cümlədən Bakı-Tbilisi-Qars layihəsindən kənarda qalacaq.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 803

QHT və MEDİA

2019-11-14 18:30:59

QHT və MEDİA
Şuranın dəstəyi ilə yaradılan grant.az s...
Şuranın dəstəyi ilə yaradılan grant.az s...

Tədbirdə dövlət qurumlarının nümayəndələri , QHT rəhbərləri və media əməkdaşl...

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...