QHT və MEDİA
A- A A+

Cavad Mikayılov kimi ər oğulların Vətən eşqilə döyünən ürəkləri əbədi susdu...

2017-10-30 08:35:09

.

İnqilab qurbansız, müharibə qan-qadasız olmaz, deyiblər. 1988-ci ildə başlanan, hələ də acı bağırsaq kimi uzanan, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən dərdinə çarə qılınmayan və tarixə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” kimi yazılan amansız müharibə - I Qarabağ savaşında 20.000-dən çox soydaşımız şəhid oldu, 50.000-dən çox insan yaralanaraq əlil oldu.Bu amansız müharibədə ən çox maddi və mənəvi ziyan dəyən bölgələrimizdən biri də Ağdam rayonu oldu. Ağdam, I Qarabağ savaşında ən çox şəhid verən rayon kimi də (6 min nəfər) yaddaşlara hopdu.Bu siyahıda Azərbaycanın Milli Qəhrəmanı, cəsur komandir Asif (Fred) Məhərrəmovun rəhbərlik etdiyi Taborun çoxsaylı döyüşçüləri də vardı.XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımından dərhal sonra Ağdamın Muradbəyli kəndində yaradılan bu Tabora bölgədə haqq-ədalət tərəfdarı kimi tanınan Asif Yusif oğlu rəhbərlik edirdi.Sonralar Minaaxtaranlar Taboru və Minaaxtaranlar briqadası kimi formalaşan bu Tabor, şərəfli döyüş yolu keçdi.

Belə ki, Taborun şəxsi heyəti erməni terrorçularının məskunlaşdığı və azərbaycanlı yaşayış məntəqələrini oda qalayan Aranzəmin, Pircamal, Naxçıvanik, Xramort, Fərrux, Dəhraz, Qarakənd kəndlərini düşmənlərdən azad etməklə böyük rəşadət göstərdilər.O zaman güclü texnika və silah-sursatla təmin edilən erməni terrorçularına müqavimət göstərmək, bir o qədər də asan deyildi.Fred Asifin rəhbərliyi altında Ağdam rayonunun Abdal-Gülablı kəndi düşmən qüvvələrdən azad edildi.1992-ci il oktyabrın 28-də Qaraqaya yüksəkliyi uğrunda gedən ölüm-dirim savaşında Bakının Nəsimi rayonundan olan könüllü döyüşçü Eldar Hüseynov şəhid oldu.Onun meyidini döyüş meydanından çıxarmaq istəyən Taborun könüllüləri-Cavad Mikayılov, Əkrəm İsmayılov, Rafiq Quliyev, Rövşən Ağayev, Nizami Nərimanov, Taleh Məmmədov, Ramiz Bakdəmirov, Vidadi Kərimov,Zaur Məhərrəmov, Yaqub Əhmədovun olduqları əraziyə top mərmisi düşdü.Onların Vətən eşqilə döyünən ürəkləri əbədi susdu...

2017-ci il oktyabrın 28-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında həmin gün şəhid olan Vətən oğullarının xatirəsini anma mərasimi keçirildi. “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun təşkilatçılığı ilə keçirilən tədbiri tanınmış ictimai xadim Tofiq Əlizadə açdı. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildi, şəhidlərin əziz xatirəsi 1 dəq.sükutla yad eildi.

“Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov o günlərin canlı şahidi və həmin qanlı döyüşlərin iştirakçısı kimi hadisələrə nəzər saldı. Ə.Məhərrəmov dedi: -Mən özüm həmin qanlı döyüşlərin iştirakçısıyam.Döyüşçülər Xocalıda günahsız yerə qətlə yetirilən insanların qisaslarını almaq üçün var qüvvələrilə çalışırdılar.Azərbaycanın sabiq Dövlət Başçısı, Dünya şöhrətli siyasətçi Heydər Əliyevin imzaladığı Fərmana əsasən Asif (Fred) Məhərrəmov Azərbaycanın Milli Qəhrəmanı adına, şəhidlər-Əkrəm İsmayılov, Rövşən Ağayev, Nizami Nərimanov “Azərbaycan bayrağı” ordeninə, Cavad Mikayılov isə “Nümunəvi hərbi xidmətlərə görə” medalına layiq görüldülər.

Ağdam bölgəsindəki 845 saylı Taborun sabiq komandir müavini, sərbəst güləş üzrə Azərbaycan çempionu olan şəhid Sənan Rüstəmovun atası Hacı Əkbər Rüstəmov, Cavad Mikayılovun nişanlısı, Xocalı Ərazi Özünümüdafiə Taborunun sabiq döyüşçüsü, şairə Familə Fərmanlı, Qarabağ əlili Eldəniz İsmayılov, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, müharibə veteranı Şamil Sabiroğlu, “Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədri, şəhid İbrahim Əhmədovun ömür-gün yoldaşı Almaz Zeynalova, Xocalı Ərazi Özünümüdafiə Taborunun sabiq komandiri, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Tofiq Hüseynovun qızı, Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin müəllimi Yasəmən Həsənova, Abşeron rayonunun tanınmış ziyalılarından jurnalist Hafiz Rüstəm, həkim-şair Zakir Ağdamlı, el ağsaqqalı Vəli Qarabağlı, şəhid Rövşən Ağayevin qardaşı Çingiz Ağayev, şəhid Cavad Mikayılovun qardaşı Nizami Mikayılov, “Müharibə Veteranı Qadınlarına Sosial Dəstək”ictimai birliyinin sədri Radə Abbas o ağır illərdə şahidi olduqları epizodlardan, habelə, 25 il bundan qabaq ömrün Şəhidlik zirvəsinə yüksələn oğullardan söhbət açdılar.

Tədbirin sonunda şairə-publisist Familə Fərmanlı nişanlısı Cavad Əlfi oğluna yazdığı şeirdən bir parça söylədi:

-“Bu dünyanın varı olsam,

Özgəsinin yarı olsam,

Yüz yaşında qarı olsam-

Səni unuda bilmərəm.

Sən salmısan yasa məni,

Dönsəm, andım kəsə məni.

Sənə çəkir nəsə məni-

Səni unuda bilmərəm.

Dərdimə dağ-daş ağlayır,

Ah çəkir, sirdaş ağlayır,

Gözlərimdə yaş ağlayır-

Səni unuda bilmərəm.

“Cavad!”dedim, yandı dilim,

Əl atdım, çatmadı əlim,

Ağarsa da qara telim-

Səni unuda bilmərəm.

Familəni saldın oda,

Bir kimsə çatmır imdada.

Mən qurbanam şəhid ada-

Səni unuda bilmərəm”

Şamil Sabiroğlu,

Şamilə Şamilqızı

“Fact-info.az” və “xebertv.az” İnternet Portalının əməkdaşları


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 368

QHT və MEDİA

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

2018-01-14 08:40:12

QHT və MEDİA
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avro...

CƏMİYYƏT

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

2018-01-12 09:35:45

CƏMİYYƏT
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...

Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şüb...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...