SİYASƏT
A- A A+

Ermənilərin girov götürdükləri azərbaycanlıların azad olunması ilə bağlı Parisdə petisiya başlanıb

2017-10-27 22:30:08

.

Parisdə fəaliyyət göstərən “Ulduz” Mədəniyyət Assosiasiyasının direktoru Aytən Muradova, qurumun üzvü Günel Səfərova tərəfindən “Change.org” saytında “Ermənistan silahlı qüvvələrinin girov götürdüyü azərbaycanlı mülki şəxslərə azadlıq” petisiyasına start verilib.

AZƏRTAC xəbər verir ki, petisiya Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Gido Reymondiyə, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda, Fransa Prezidenti Emmanuel Makrona və Milli Assambleyanın prezidenti Fransua dö Rügiyə ünvanlanıb.

Petisiyada 2014-cü il iyulun 12-də Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda girov götürülmüş Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azadlığa buraxılması tələb olunur. Bildirilir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində girov götürülüb. Azərbaycanlı girovların dözülməz şəraitdə saxlanıldıqları, onların qeyri-insani rəftara, fiziki və psixoloji işgəncəyə məruz qaldıqları qeyd edilir. Ermənistanın Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyasını imzalamasına baxmayaraq ona riayət etmədiyi vurğulanır. Azərbaycanlı mülki şəxslərin girov saxlanmasının Ermənistanın beynəlxalq öhdəliklərini pozmasının bariz nümunəsi olduğu diqqətə çatdırılır. Petisiyanı buradan imzalamaq olar:


Kateqoriya : SİYASƏT Baxış sayı : 196

QHT və MEDİA

2018-02-16 09:50:08

QHT və MEDİA
Praqada Xocalı qurbanlarının xatirəsinə ...
Praqada Xocalı qurbanlarının xatirəsinə ...

Fevralın 15-də Çexiyanın paytaxtı Praqa şəhərində Xocalı qurbanlarının xatirə...

2018-02-16 08:00:06

QHT və MEDİA
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...

ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında mühüm məsələlər müzakir...

CƏMİYYƏT

2018-02-15 10:30:05

CƏMİYYƏT
İsrail qondarma erməni soyqırımını tanım...
İsrail qondarma erməni soyqırımını tanım...

AzVision.az-ın "Jerusalem post" nəşrinə istinadən verdiyi məlumata görə, parl...

2018-02-13 09:25:38

CƏMİYYƏT
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...

Bu fikirləri Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik...

İQTİSADİ

2018-02-16 10:20:34

İQTİSADİ
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiya...

2018-02-16 08:15:30

İQTİSADİ
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...

"APA-Economics" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzr...