QHT və MEDİA
A- A A+

Milli Qəhrəmanlarımızla bağlı həyata keçirilən layihənin yekun tədbiri keçirildi

2017-10-27 21:05:26

.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “20 Yanvar” İctimai Birliyi bu gün “Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədi ilə tədbirlərin təşkili” layihəsininin yekun hesabat tədbirini keçirib.

Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyası, Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin nümayəndələri, Milli qəhrəmanların ailə üzvləri, ehtiyatda olan zabitlər, bir sıra QHT sədrləri, eləcə də TV və media nümayəndələri iştirak ediblər.

Çıxışçılar “20 Yanvar” İB-nin layihə çərçivəsində həyata keçirdiyi tədbirləri və fəaliyyətləri qiymətləndirərək, bu tədbirlərin ictimai cə sosial əhəmiyyətinə toxunublar.

Milli qəhramanların tanıdılmasını və xatirələrinin yaşadılmasını planlayan layihə 3 ay müddətində Neftçala rayonunda və eyni zamanda Bakı şəhərinin Nəsimi və Suraxanı rayonlarında həyata keçirilib.

Layihə çərçivəsində 2016-cı il Aprel döyüşləri zamanı şəhid olmuş, ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülmüş Samid İmanov Gülağa oğlu, Qarabağ müharibəsi şəhidi, Milli qəhrəman Yusif Mirzəyev Vəli oğlu və Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Rafiq Alıcanov Cəfər oğlunun xatirəsinə həsr olunmuş tədbirlər təşkil olunub.

Layihə müddətində yeniyetmə və gənclərlə görüşlər keçirilib, vətənpərvərlik hisslərinin və vətən sevgisinin aşılanması yönümündə təbliğat və maarifləndirmə işləri aparılıb.

Qeyd edək ki, təşkilat olaraq 1990-ci ildən fəaliyyət göstərən “20 Yanvar” İctimai Birliyi bu istiqamətdəki tədbirlərin və çalışmaların intensiv təşkilatçı və iştirakçısıdır.

Fact-info.az

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 415

QHT və MEDİA

2018-10-15 19:25:35

QHT və MEDİA
Şuranın 10 illiyi və regionların inkişaf...
Şuranın 10 illiyi və regionların inkişaf...

Toplantını açan Şəki şəhər icra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəs...

2018-10-15 09:20:41

QHT və MEDİA
Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti...
Məsud Əlioğlu: özü, sözü, şəxsiyyəti...

1928-ci il oktyabrın 5-də, Qubadlı rayonunun Mahmudlu kəndində. Elə ibtidai t...

CƏMİYYƏT

2018-10-12 22:25:37

CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-bab...
Azərbaycanlıların Ermənistandakı ata-bab...

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi ...

2018-10-11 08:10:51

CƏMİYYƏT
Görkəmli şərqşünas alim, professor Aida ...
Görkəmli şərqşünas alim, professor Aida ...

Oktyabrın 10-da dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim,...

İQTİSADİ

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...

2018-10-08 10:05:23

İQTİSADİ
QHT regionlarda maarifləndirici tədbirin...
QHT regionlarda maarifləndirici tədbirin...

Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlə...