MƏDƏNİ
A- A A+

“Qloballaşan dünyada musiqi ənənələri mövzusunda” beynəlxalq konfrans

2017-10-27 08:30:14

Oktyabrın 26-da Azərbaycan Milli Konservatoriyasında (AMK) “Qloballaşan dünyada musiqi ənənələri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb

Konservatoriyanın və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan konfrans AMK-nın xor kollektivinin ifasında Üzeyir Hacıbəylinin “Şəbi-hicran” kompozisiyası ilə açıq elan edilib.

AMK-nın rektoru, Xalq Artisti Siyavuş Kərimi çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Vurğulanıb ki, iki gün davam edəcək konfransda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, ABŞ, Yaponiya, Özbəkistan və Qazaxıstandan olan etnomusiqişünaslar, musiqi tədrisi üzrə mütəxəssislər, professorlar, həmçinin bir sıra beynəlxalq ekspertlər iştirak edir. Belə beynəlxalq tədbirin iştirakçı ölkələr arasında mədəni yaxınlaşmaya xidmət etdiyini söyləyən ali təhsil ocağının rektoru konfransda “Musiqi ənənələrində qoruyucu mexanizmlər və funksional sistemlər”, “Musiqi ənənəsi mədəni mənsubiyyətin nişanı və rəmzi kimi”, “Etnomuisiqişünaslıqda müasir tədqiqat yanaşmaları”, “Milli musiqi ənənələri və müasir bəstəkar yaradıcılığının qarşılıqlı əlaqələri” və digər mövzularda məruzələr dinləniləcək. Sonra AMK-nın prorektoru, professor Lalə Hüseynova məruzə ilə çıxış edib.

Konfrans AMK-nın beynəlxalq əlaqələr departamentinin direktoru Cahangir Səlimxanovun moderatorluğu ilə plenar iclasla davam edib. Qeyd edək ki, konfrans çərçivəsində yerli və xarici musiqiçilərin konsert proqramı ilə çıxışı da nəzərdə tutulur.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 557

QHT və MEDİA

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

2019-05-18 10:35:39

QHT və MEDİA
Beynəlxalq Münasibətlərin Araşdırılması ...
Beynəlxalq Münasibətlərin Araşdırılması ...

Mərkəzdən bildiriblər ki, Ermənistanın regional təhdidi mövzusunda keçiriləcə...

CƏMİYYƏT

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

2019-05-17 22:25:16

CƏMİYYƏT
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan R...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...