QHT və MEDİA
A- A A+

“The Holland Times”: “Azərbaycan: tolerantlıq və multikulturalizm ölkəsi”

2015-06-10 09:20:14

Niderlandın “The Holland Times” qəzetinin iyun nömrəsində “Azərbaycan: tolerantlıq və multikulturalizm ölkəsi” adlı məqalə dərc olunub.

Azərbaycanın Niderlanddakı səfirliyindən bildiriblər ki, məqalədə ötən ay Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verilir.

Qeyd olunur ki, Azərbaycan Şərqin və Qərbin qovuşuğunda yerləşən, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların bir araya gəldiyi nadir ölkələrdəndir. Azərbaycan bu sivilizasiyaların dəyərlərini özündə ehtiva edir və onlar arasında körpü rolunu oynayır. Müəllif 2008-ci ilin dekabrında Bakıda keçirilmiş Avropa Şurasının mədəniyyət nazirlərinin iclasında Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan “Bakı prosesi” barədə də məlumat verir.

“2015-ci ildən sonrakı inkişaf gündəliyində mədəniyyət və davamlı inkişaf” mövzusunda keçirilən Forum əsasən BMT Baş Assambleyası tərəfindən elan olunan 21 May - Dialoq və İnkişaf Naminə Ümumdünya Mədəni Müxtəliflik Gününə həsr olunan layihə və proqramlar, eləcə də mədəniyyətlər arasında etimad və əməkdaşlığın möhkəmləndirilməsində din, miqrasiya, idman, təhsil, incəsənət və biznesin rolu məsələlərinə həsr edilib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. Azərbaycan Prezidentinin Forumun açılışındakı nitqindən fikirlərin yer aldığı məqalədə Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq forumlarının müxtəliflik, dialoq, millətlər arasında qarşılıqlı anlaşma üçün platformaya çevrildiyi bildirilir.(AzərTac)

“The Holland Times” qəzetinin iyun nömrəsində, həmçinin “Azərbaycan milli bayramını qeyd edir” adlı məqalə dərc edilib. Məqalədə 28 May - Respublika Gününün tarixi, bu bayramın önəmi barədə oxuculara ətraflı məlumat verilir. Azərbaycanın Niderlanddakı səfirliyində milli bayrama və “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunan qəbul təşkil edildiyi diqqətə çatdırılır.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1783

QHT və MEDİA

2020-06-04 11:05:08

QHT və MEDİA
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...