QHT və MEDİA
A- A A+

Cocuq Mərcanlıda gənclər hərbi xidmətə yola salındı

2017-10-27 07:55:56

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində Cəbrayıl və Füzuli rayonlarından olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev, ictimaiyyət nümayəndələri, Qarabağ Müharibəsi veteranları, çağırışçılar və onların valideynləri iştirak ediblər.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov hərbi xidmətə yola düşən gənclərə vətən qarşısında müqəddəs vəzifələrini layiqincə icra etməyi arzulayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov çıxışında çağırışçıların Cocuq Mərcanlı kəndindən həqiqi hərbi xidmətə yola salınmasının böyük əhəmiyyət daşıdığını bildirib. R. Şirinov qeyd etdi ki, Cocuq Mərcanlının bərpası və sakinlərin geri qayıtması işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdışın ilk addımlarıdır. Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək onlara şərəfli xidmət arzulayıb. Daha sonra çıxış edən Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, müharibə veteranları, çağırışçılar və onların valideynləri gənclərə hərbi xidmətdə uğur arzulayıblar.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış edib.

Sonra gənclər Azərbaycan bayrağının altından keçərək onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınıblar.Oktyabrın 26-da Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində Cəbrayıl və Füzuli rayonlarından olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib. Lent.az-ın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytına istinadən məlumatına görə, mərasimdə xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev, ictimaiyyət nümayəndələri, Qarabağ Müharibəsi veteranları, çağırışçılar və onların valideynləri iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov hərbi xidmətə yola düşən gənclərə vətən qarşısında müqəddəs vəzifələrini layiqincə icra etməyi arzulayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov çıxışında çağırışçıların Cocuq Mərcanlı kəndindən həqiqi hərbi xidmətə yola salınmasının böyük əhəmiyyət daşıdığını bildirib. R. Şirinov qeyd etdi ki, Cocuq Mərcanlının bərpası və sakinlərin geri qayıtması işğaldan azad olunmuş torpaqlarımıza böyük qayıdışın ilk addımlarıdır.

Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev çağırışçıları hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edərək onlara şərəfli xidmət arzulayıb. Daha sonra çıxış edən Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, müharibə veteranları, çağırışçılar və onların valideynləri gənclərə hərbi xidmətdə uğur arzulayıblar. Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 295

QHT və MEDİA

2018-07-15 11:40:29

QHT və MEDİA
“Səhra həkimləri” sənədli filminin təqdi...
“Səhra həkimləri” sənədli filminin təqdi...

Bugünki vəziyyətdə Azərbaycanın ərazi bütövlüyünün bərpası güclü vətəndaşlı...

2018-07-13 17:10:51

QHT və MEDİA
Cənub bölgəsində Prezidentin Fərmanına i...
Cənub bölgəsində Prezidentin Fərmanına i...

11 iyul 2018-ci il tarixində, Azərbaycan Respublikasının Prezidenti yanında ...

CƏMİYYƏT

2018-07-14 09:05:08

CƏMİYYƏT
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərl...

2018-07-13 14:30:58

CƏMİYYƏT
Rufiz Qonaqov: NATO Sammitinin yekun sən...
Rufiz Qonaqov: NATO Sammitinin yekun sən...

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər, imz...

İQTİSADİ

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...

2018-07-10 08:05:18

İQTİSADİ
Yüksək bal toplayanlara UNEC-də ikinci i...
Yüksək bal toplayanlara UNEC-də ikinci i...

2018/2019-cu tədris ilindən UNEC-ə 700 bal toplayaraq qəbul olan tələbələr pr...