SİYASƏT
A- A A+

Aİ komissarı: “Münaqişələri bəyannamələrlə həll edə bilmərik”

2017-10-27 07:35:22

Avropa İttifaqının üzv ölkələri noyabrda Brüsseldə keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinin yekun bəyannaməsinin layihəsini razılaşdırıblar

APA-nın Estoniyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han ötən sammitin bəyannaməsində ölkələrin ərazi bütövlüyü ilə bağlı ikili yanaşmanın nümayiş etdirilməsinə və bu bəyannamədə də eyni mövqenin əksini tapıb-tapmayacağı barədə suala cavabında deyib. Y. Han bildirib ki, hazırda “Şərq tərəfdaşlığı”nın iştirakçısı olan 6 ölkə ilə bəyannamə mətni barədə müzakirə aparılır: “Mən ümid edirəm ki, noyabrın ortalarına qədər razılıq əldə olunacaq və bu razılıq tədbirin özündə də davam edəcək. Çünki keçən dəfə sammitin iflasına yaxın olan çox çətin bir vəziyyət yarandı. Bu dəfə biz bundan çəkinməliyik. Hər kəs problemləri bilir və bu məsələ ötən sammitdən bu yana dəyişməyib. Hətta daha əvvəlki sammitdən ötən sammitə kimi də dəyişməmişdi. Biz bu kimi problem və münaqişələri bəyannamələrlə həll edə bilmərik. Mənim məsləhətim hər zaman qarşıdurma yaradacaq dildən çəkinmək və konkret nəticə verəcək məsələlərə köklənməkdir. Bu, insanların da fundamental marağındadır. Mən ümid edirəm ki, biz razılığa gələ biləcəyik. Hər kəs bu dəfə eyni hadisənin baş verməməsi üçün keçən sammitdən dərs götürməlidir”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 181

QHT və MEDİA

2018-01-20 21:30:21

QHT və MEDİA
Qənirə Paşayeva İstanbuldan türk dünyası...
Qənirə Paşayeva İstanbuldan türk dünyası...

İstanbulda Sarıqamış şəhidlərinin xatirəsinə həsr edilmiş tədbirdə çıxış edən...

2018-01-19 09:55:33

QHT və MEDİA
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...

Azərbaycan Milli QHT Forumunda (MQF) 20 yanvar faciəsinin 28-ci ildönümünə hə...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-19 10:15:12

İQTİSADİ
2017-ci ildə 1335 kilometr yol tikilib, ...
2017-ci ildə 1335 kilometr yol tikilib, ...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2017-ci il ərzində u...

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...