İQTİSADİ
A- A A+

“Houston Chronicle”: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

2017-10-26 10:10:03

.

Amerika Birləşmiş Ştatlarında çıxan “Houston Chronicle” qəzeti “Amoco” şirkətinin ali rəhbərliyinin sabiq üzvü və Azərbaycanın ABŞ-da fəxri konsulu Art MakHaffinin “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır” sərlövhəli məqaləsini dərc edib.

AZƏRTAC xəbər verir ki, müəllif bu məqalədə “Əsrin müqaviləsi” imzalandıqdan sonra özünün Azərbaycanda işlədiyi ilk illəri xatırlayaraq yazır ki, SSRİ dağılandan sonra müstəqillik qazanmış bu ölkədə ovaxtkı iqtisadi vəziyyət heç də ürəkaçan deyildi. MakHaffi qeyd edir ki, indi – o vaxtdan 20 ildən artıq müddət keçəndən sonra Azərbaycan və onun paytaxtı Bakı mürəkkəb bir regionda iqtisadi fəaliyyət mərkəzlərinə, Qərbin etibarlı ticarət və enerji müttəfiqinə çevrilib. Konsul vurğulayır ki, Azərbaycanın transformasiyası və inkişafı xeyli dərəcədə onun neft-qaz sənayesi sayəsində mümkün olub.

Məqalədə daha sonra “Əsrin müqaviləsi” barədə məlumat verilir. Müəllif yazır ki, 1990-cı illərin ortalarında, ölkədə daxili nizamın bərpasından və Ermənistan ilə atəşkəs barədə saziş bağlandıqdan sonra Azərbaycan Prezidenti Heydər Əliyev nefti milli prioritetə çevirdi. “Amoco” və 9 digər şirkət Azərbaycanın neft yataqlarının kompleks şəkildə işlənilməsi barədə ARDNŞ ilə saziş imzaladılar. Bununla da regionun enerji potensialı genişləndirildi. Ötən ay ilkin konsorsiumun tərəfdaşları əməkdaşlıq müddətini daha 25 il uzatdılar. Əvvəlinci razılaşma Azərbaycanın tərəqqisinə xidmət edirdisə, bugünkü razılaşma Avropanın uzunmüddətli enerji təhlükəsizliyini təmin edəcək. MakHaffi Avropanın enerji təchizatı problemlərini, bəzi Avropa ölkələrinin vahid qaz təchizatçısından və dəyişkən geosiyasi vəziyyətdən asılılığı məsələsini müzakirə edərək yazır ki, Avropanın enerji resurslarını şaxələndirə bilməsi çox vacibdir. Sentyabr ayında Azərbaycanda imzalanan sonuncu müqavilə bu prosesə şərait yaradacaq.

İndi bu konsorsiuma ARDNŞ ilə yanaşı, 1998-ci ildə “Amoco” şirkətini almış Britaniyanın BP şirkəti, ABŞ-ın “ExxonMobil” və “Chevron”, Yaponiyanın “Inpex” və “Itochu”, Norveçin “Statoil”, Türkiyənin “TPAO” və Hindistanın “ONGC Videsh” şirkətləri daxildir.

Müəllif yazır ki, “Əsrin müqaviləsi” imzalanan tarixdən keçən müddətdə Azəri-Çıraq-Günəşli yatağından 3 milyard barrelədək neft (təbii qazla birgə) çıxarılıb. İlk milyardlıq neft layihəsi Qərbin neft şirkətləri tərəfindən on milyardlarla əlavə sərmayə yatırılmasına yol açıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ilkin müqavilənin müddəti başa çatdıqdan sonra ardıcıl olaraq çoxsaylı əlavə layihələr, o cümlədən Azəri-Çıraq-Günəşli yatağının kompleks şəkildə işlənilməsi, Aralıq dənizi limanlarına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsi, nəhəng “Şahdəniz” qaz yatağının işlənilməsi və Azərbaycandan Avropaya təbii qaz nəql edəcək Cənub qaz dəhlizinin tikintisi layihələri həyata keçirilib.

MakHaffi yekunda yazır ki, ötən əsrin müqaviləsi Azərbaycanın 1994-cü ildə təsəvvür edilməsi belə mümkün olmayan dərəcədə tərəqqisinə kömək etdi, bu əsrin müqaviləsi isə avropalıların vahid qaz ixracatçısından tam asılı olmadıqlarını bilərək, soyuq qış aylarında rahat yatmalarına şərait yaradacaq.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 401

QHT və MEDİA

2018-10-16 12:00:51

QHT və MEDİA
Agentliyin nizamnamə və strukturu təsdiq...
Agentliyin nizamnamə və strukturu təsdiq...

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, Əqli Mül...

2018-10-15 19:25:35

QHT və MEDİA
Şuranın 10 illiyi və regionların inkişaf...
Şuranın 10 illiyi və regionların inkişaf...

Toplantını açan Şəki şəhər icra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəs...

CƏMİYYƏT

2018-10-16 09:55:59

CƏMİYYƏT
30 illik Azərbaycan Respublikası Müharib...
30 illik Azərbaycan Respublikası Müharib...

Öncə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyuşçülər” Fondunun İdar...

2018-10-12 22:25:37

CƏMİYYƏT
Azərbaycanlıların Ermənistandakı ata-bab...
Azərbaycanlıların Ermənistandakı ata-bab...

Trend-in məlumatına görə, Q.Paşayeva bildirib ki, Azərbaycanın qədim bölgəsi ...

İQTİSADİ

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...

2018-10-08 10:05:23

İQTİSADİ
QHT regionlarda maarifləndirici tədbirin...
QHT regionlarda maarifləndirici tədbirin...

Regionlarda sahibkarların biznes imkanlarının genişləndirilməsi üçün tədbirlə...