SOSİAL
A- A A+

Qənirə Paşayevaya Türk Dünyasına Xidmət Ödülü verildi

2017-10-26 09:35:04

Azərbaycanın millət vəkli Qənirə Paşayeva Türkiyədə Türk Dünyasına Xidmət Ödülünə layiq görülüb

Ödül Manisada keçirilən toplantıda təqdim olunub. Mərasimdə bu bölgənin valisi, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Necdət Ünvar, millət vəkilləri Selcuk Özdağ, Sefer Ayhan Üstün, sabiq ailə və qadın naziri Səma Ramazanoğlu, Manisanın bir sıra bələdiyyə başqanları iştirak ediblər. Mükafatı Q. Paşayevaya təqdim edən EkoAvrasiya təşkilatının başqanı Hikmet Eren onun Türk dünyası üçün göstərdiyi xidmətlərdən danılşıb.

Manisada Türkiyənin bir sıra rəsmi şəxsləri, yazarları, QHT və KİV nümayəndələri, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş aydınların iştirakı ilə Azərbaycanın müstəqilliyini təkrar qazanmasının ildönümü ilə bağlı keçriilən tədbir çərçivəsində belə bir mükafatın ona təqdim olunmasını Azərbaycana olan diqqət və sevginin göstəricisi olduğunu söyləyən Q. Paşayeva bütün təşkilatçılara təşəkkürünü bildirib.

Mərasimdə çıxış edən millət vəkili mükafatın onun üçün çox böyük dəyər daşıdığını söyləyib və bildirib ki, o, bu mükafatı özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının böyük dövlət adamlarını, liderlərini, aydınlarını rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır.

Qənirə Paşayeva Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını da işğaldan azad edəcəyimizi bildirib.

“Mən inanıram ki, biz birlikdə o gözəl torpaqlarımızı Ermənistan işğalından azad edəcəyik. Və belə gözəl gecələri işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Laçında və digər o gözəl torpaqlarda keçirəcəyik”. (Modern.az)


Kateqoriya : SOSİAL Baxış sayı : 252

QHT və MEDİA

2018-05-23 07:55:44

QHT və MEDİA
Kaliforniya qubernatoru: Azərbaycan düny...
Kaliforniya qubernatoru: Azərbaycan düny...

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Xalq Cümhuriy...

2018-05-21 21:40:59

QHT və MEDİA
"AŞPA-nın Səməd Seyidova tətbiq etdiyi s...
"AŞPA-nın Səməd Seyidova tətbiq etdiyi s...

APA-nın xəbərinə görə, bunu ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT P...

CƏMİYYƏT

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

2018-05-21 08:10:20

CƏMİYYƏT
ABŞ Konqresi və “Heritage” fondunda Tran...
ABŞ Konqresi və “Heritage” fondunda Tran...

ABŞ Konqresində “Trans-Xəzər regionun geostrateji əhəmiyyəti və perspektivlər...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...