CƏMİYYƏT
A- A A+

Litvanın “Lietuvos zinios” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi haqqında məqalə dərc edilib

2017-10-26 09:00:44

Litvanın “Lietuvos zinios” informasiya agentliyinin jurnalistləri Aydanas Praleyka və Romualdas Yurqaitis oktyabrın ortalarında Azərbaycanda səfərdə olublar

Jurnalistlər səfər çərçivəsində Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların yaşadığı şəraitlə tanış olublar. Jurnalistlər Aydanas Praleyka agentliyin mətbu nəşrində Dağlıq Qarabağ münaqişəsinə və azərbaycanlı qaçqınların taleyinə həsr edilmiş “Unudulmuş Qarabağ müharibəsi. Gözləməzdim ki, qonşularımız bizi öldürməyə gələcəklər” sərlövhəli məqalə dərc etdirib.

Məqalədə əslən Zəngilan rayonundan olan, vaxtilə həmin rayonda rus dili müəllimi işləmiş 74 yaşlı məcburi köçkün Qubiyevin başına gələnlərdən bəhs edilir. A.Praleyka Qubiyevin bu sözlərini sitat gətirir: “Əvvəllər biz erməniləri yaxşı qonşu hesab edir, onlarla dost kimi davranırdıq. Heç vaxt düşünməzdik və inanmazdıq ki, həmin qonşular bizi öldürməyə gələcəklər. Görəsən niyə belə olur? Azərbaycanda indi də müxtəlif millətlərə mənsub olan, müxtəlif dinlərə etiqad bəsləyən insanlar yaşayır, Ermənistan isə faktiki olaraq monoetnik ölkəyə çevrilib”.

Məqalədə qeyd edilir ki, Azərbaycandakı qaçqınları sayı barədə Avropada çox vaxt anlaşılmazlıq yaranır, çünki orada səhvən elə düşünürlər ki, təkcə Dağlıq Qarabağ işğal edilib, əslində isə Azərbaycan ərazisinin işğal olunmuş hissəsinin sahəsi Dağlıq Qarabağla müqayisədə 2 dəfədən də çoxdur. Azərbaycana qaçqın axını hələ sovet dövründə - 1988-1989-cu illərdə başlanıb, o vaxt təxminən 250 min azərbaycanlı Ermənistan ərazisindən Azərbaycana qovuldu. Erməni təcavüzü nəticəsində Dağlıq Qarabağdan əlavə Azərbaycanın daha 7 rayonu işğal ediləndə daha 700 minə yaxın qaçqın öz evlərini tərk edib. Bundan başqa, Bakı Özbəkistandan qovulmuş 50 minə yaxın məhsəti türkünü qəbul edib. Beləliklə, Azərbaycanda qaçqınların sayı 1,2 milyona çatıb.

Aydanas Praleyka vurğulayır ki, dünya birliyi çoxdan təzahür edən təcavüzü unutmağa meyillidir, dünyada daim yeni-yeni müharibələr alovlanır, buna görə yeni qaçqınların qeydinə qalmaq lazım gəlir. Bu münasibət azərbaycanlıları incidir – belə çıxır ki, bir milyon qaçqını da, onların öz doğma evlərindən nəyə görə qaçqın düşməsini də unutmaq çoxlarının xeyrinədir.

Müharibə dövründə insanlığa qarşı cinayətləri təhqiq edən Azərbaycan hərbi prokurorluğunun rəhbərinin müavini Emil Tağıyev və təhqiqatlar şöbəsinin rəhbəri Rauf Məmmədov litvalı jurnalistlərlə görüşdə qeyd ediblər ki, bu təcavüzün qurbanları təkcə Qarabağ müharibəsi dövründə və etnik təmizləmələrin ilk mərhələsində öz doğma yurdlarını tərk etməyə məcbur olmuş azərbaycanlılar deyil. Minlərlə insan itkin düşmüş hesab edilir. 4000 azərbaycanlı əsir düşüb, onlardan yalnız 1500-ü vətənə qayıdıb. O birilərin taleyi barədə heç bir məlumat yoxdur. Münaqişə dövründə həlak olmuş azərbaycanlıların sayı 20 minə yaxındır.

Zəngilanlı müəllim deyir ki, ilk “neft dollarları” qaçqınların həyat şəraitinin yaxşılaşdırılmasına yönəldiləndən sonra qaçqınların və məcburi köçkünlərin yerləşdirilməsi sarıdan vəziyyət yaxşılaşıb. A.Praleyka qeyd edir ki, qaçqınlar üçün müvafiq infrastruktur obyektləri ilə təchiz olunmuş 96 şəhərcik salınıb, oradakı çoxmənzilli evlər öz keyfiyyətinə görə Vilnüsdə təzə tikilən evlərdən geri qalmır.

Litvalı jurnalist yazır ki, qaçqınların körpə uşaqları artıq üçüncü nəslə aiddir. Bu uşaqlar öz atalarının və babalarının itirilmiş evlərini yalnız onların söylədiklərinə əsasən təsəvvür edirlər. Qaçqınlar bunu yaxşı bildiyi üçün itirdikləri vətən torpağı, oradakı evlər, uşaq bağçaları və məktəblər barədə də danışırlar.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərinin müavini Fuad Hüseynovun sözlərinə görə, işğal edilmiş ərazilərdən məlumat almaq praktiki olaraq qeyri-mümkündür, lakin peykdən çəkilmiş fotoşəkillərdən görünür ki, Azərbaycan torpaqları viran olunub, bəzi ərazilər yerlə-yeksan edilib. Zəngilanlı qaçqın deyib: “Biz öz evlərimizə qayıtmaq ümidimizi heç vaxt itirmirik. Prezidentimiz İlham Əliyev söz verib ki, biz bunu nəyin bahasına olursa-olsun edəcəyik. Biz ona inanırıq”.(Azərtac)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 134

QHT və MEDİA

2017-11-22 20:15:10

QHT və MEDİA
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...
Azay Quliyev: QHT-lərə lazımı qədər mali...

O, dövlət büdcəsindn QHT-lərin inkişafı və maliyyələşdirilməsi üçün ayrılan ...

2017-11-22 08:20:55

QHT və MEDİA
Ermənistanın faşizmi dövlət siyasəti seç...
Ermənistanın faşizmi dövlət siyasəti seç...

Hətta nasistlərin simvolu işğalçı ölkənin hakim partiyasının rəmzidir. Ermən...

CƏMİYYƏT

2017-11-23 08:45:29

CƏMİYYƏT
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...
Mühafizə olunan “Tarix Muzeyi kolleksiya...

MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşları Mehri Həsənli və Şəlalə Eyvaz...

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

İQTİSADİ

2017-11-23 08:50:53

İQTİSADİ
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...
“Hər il Qarabağ əlilləri və şəhid ailələ...

“APA-Economics”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naz...

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...