QHT və MEDİA
A- A A+

Milli Qəhrəmanımız Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

2017-10-24 17:05:34

Layihə

Bu gün “Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin təşkili” layihəsi çərçivəsində ”20 Yanvar Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Mirzəyev Yusif Vəli oğlunun xatirəsinə həsr olunmuş və onun qəhrəmanlıq sərlövhəsi ilə bağlı Milli Qəhəmanımızın adın daşıyan və qarşısında büstü qoyulan Nəsimi rayon 44 saylı orta məktəbdə yeniyetmə və gənclərlə vətənpərvərlik hisslərinin, vətən sevgisinin aşılanması istiqamətində təbliğat və maarifləndirmə tədbiri həyata keçirilib.

Tədbirdə Milli Qəhrəman Yusif Mirzəyevin ailə üzvləri, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri, Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı və eyni zamanda da tədbirin aparıcısı Şəmistan Əlizamanlı, Bakı Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq Muradov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, "Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, eyni zamanda qazilər.az saytının baş redaktoru Rey Kərimoğlu, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı, “20 Yanvar” İB-nin İdarə heyətinin nümayəndələri, təşkilatın Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev, təşkilatın sədri Sultan Əzimzadə və sədr müavini, eləcə də istefada olan sərhədçi Mustafa Əliyev, layihənin icraçısı Şəhla Qarayeva, gənc və yeniyetmələr, 44 saylı orta məktəbin şagirdləri iştirak edib.

Tədbirdə təşkilatın sədri həyata keçirilən layihə haqqında məlumat vermiş, daha sonra 44 saylı orta məktəbin direktoru Leyla Baxşıyeva, Bakı Təhsil İdarəsinin nümayəndəsi Rövşən Əliyev, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Namiq Muradov, təşkilatın Nəsimi rayon şöbəsinin sədri Tofiq Allahverdiyev, "Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, eyni zamanda qazilər.az saytının baş redaktoru Rey Kərimoğlu çıxış edib. Tədbirin gedişatında vətənpərvərliklə bağlı Nəsimi rayon İcra Hakimiyyətinin və 44 saylı orta məktəbin hazırladığı video roliklər izlənib, tədbirin aparıcısı olan Azərbaycanın ilk hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı Milli Qəhrəmanımız Yusif Mirzəyevlə bağlı xatirələrini danışıb, vətənpərvərlik mahnısının səsləndirilməsi ilə tədbir yekunlaşıb.

Qeyd edək ki, Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədilə tədbirlərin təşkili layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “20 Yanvar” İB təşkilatçılığı ilə həyata keçirilir.

Fact-info.az

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 756

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...