QHT və MEDİA
A- A A+

“Aprel qazisi” sənədli filminin təqdimatı keçirildi

2017-10-24 08:40:17

.

Beynəlxalq Mətbuat Mərkəzində “İnnovativ media” Jurnalistlərin Peşəkarlığının Artırılmasına Dəstək İctimai Birliyi və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələrinin birgə təşkilatçılığı ilə “Aprel qazisi” adlı sənədli filminin təqdimatı keçirilib.

Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən və “Aprel döyüşləri gənc jurnalistlərin gözü ilə” layihəsi çərçivəsində hazırlanan filmdə Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprelində tarixə “Dördgünlük müharibə” kimi düşən döyüşlərdə göstərdiyi şücaətdən bəhs olunur.

Qeyd edək ki, flmdə aprel hadisələrinə nəzər salınmaqla yanaşı, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmiş Azər Məmmədovdan müsahibə alınıb. Filmin qəhrəmanı olan sumqayıtlı qazi Azər Məmmədov Aprel döyüşləri zamanı əsgərlərin inamından, uğurlarından danışmaqla yanaşı, özünün necə qazi olmasından və döyüşdən sonrakı həyatından bəhs edib.

Təqdimat mərasimində ekran işini birlikdə ərsəyə gətirən layihə rəhbəri Aynur Nəsirova və gənc jurnalistlər Loğman Kamranlı, Hicranə İsmayılova filmin ideyasının necə yaranması, çəkiliş prosesi haqqında jurnalistika fakültəsinin müəllim-tələbə heyətinə və kütləvi informasiya vasitələrinin nümayəndələrinə məlumat veriblər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 167

QHT və MEDİA

2018-01-20 21:30:21

QHT və MEDİA
Qənirə Paşayeva İstanbuldan türk dünyası...
Qənirə Paşayeva İstanbuldan türk dünyası...

İstanbulda Sarıqamış şəhidlərinin xatirəsinə həsr edilmiş tədbirdə çıxış edən...

2018-01-19 09:55:33

QHT və MEDİA
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...
“Müstəqil Azərbaycanın tarixində 20 yanv...

Azərbaycan Milli QHT Forumunda (MQF) 20 yanvar faciəsinin 28-ci ildönümünə hə...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-19 10:15:12

İQTİSADİ
2017-ci ildə 1335 kilometr yol tikilib, ...
2017-ci ildə 1335 kilometr yol tikilib, ...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2017-ci il ərzində u...

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...