SİYASƏT
A- A A+

“Münaqişənin həlli yolu işğalçı qoşunların ərazilərimizdən qeyd-şərtsiz çıxarılmasından ibarətdir”

2017-10-23 22:10:23

.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 23-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri, səfir Kestutis Yankauskas ilə görüşüb.

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə Z. Həsənov Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin 20 ildən artıq müddətdə Ermənistanın işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın didərgin düşdüyünü və qarşı tərəfin cəbhədə vəziyyəti gərginləşdirmək cəhdlərini qonağın diqqətinə çatdırıb.

Müdafiə nazir bildirib ki, Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində dinc sakinlər və hərbi qulluqçuların həyatlarına təhlükə yarandığından münaqişənin həlli yolu onun beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq işğalçı qoşunların Azərbaycan ərazilərdən qeyd-şərtsiz çıxarılmasından ibarətdir.

Səfir K.Yankauskas öz növbəsində bildirib ki, Avropa İttifaqı regionda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin və bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarıdır.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 583

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...