TƏDQİQATLAR
A- A A+

Dezinformasiya? – Yoxsa düz informasiya?

2017-10-23 08:10:39

.

Mənim Azpress.az saytında dərc edilən “Təhsil Nazirliyindən daha bir dezinformasiya” adlı yazım mətbuatda geniş müzakirələrə səbəb oldu. Müzakirələr zamanı göstərilən problemləri qınayanlarda oldu, bu problemləri başqa istiqamətə yozmaq istəyənlərdə. Bu məsələdə heç kimi qınamıram hər kəs hər hansı bir məsələyə münasibət bildirməkdə azaddır. Lakin, ərazisinin 20% işğal altında olan bir ölkənin sakinləri bilməlidirlər ki, onun ziyalılarının səsləndirdikləri hər hansı bir məlumat, böyük qlobal ideoloji mübarizədə üzərimizə hücum üçün düşmənə fürsət yaradırlar.

Bu yazıda hansısa bir məmur özbaşınalığı tənqid olunmur və ya hansısa bir məmur və ya məmurların fəaliyyətləri təhlil olunmur. Yazının yazılmasında əsas məqsəd: təhsil müəsisələrində tətbiq olunan metodiki vəsaitlərdə (fərqi yoxdur kimlər tərəfindən hazırlanıb) Azərbaycan həqiqətlərinin təhrif edilməsini ictimai müzakirəyə çıxararaq problemin həllinə nail olmaq olmuşdur. Mənim düşüncəmə görə indiki həssas zamanda daxili auditoriyalarda Azərbaycan həqiqətlərinin təhrif edilmiş qaydada təbliğ edilməsi, cəmiyyətdə çaşqınlıq yaradılmasına və Azərbaycan dövlətçiliyinin daxildən sarsıdılmasına və gözdən salınmasına xidmət edir. Odur ki ziyalı bu cür məsələlərə yüksək həssaslıqla yanaşmalıdır. Hər hansı bir problemə münasibət bildirmək istəyən tədqiqatçı, alim və ya jurnalist obyektiv olmalı, problemi hərtərəfli təhlil etməlidir. Narahatlıq yaradan səbəbləri araşdırıb üzə çıxarmalı və sonda öz arqumentləri ilə əsaslandıraraq təhlil aparmalıdır.

Mənim yazıma ilk reaksiya, sabiq mühəndis-konstruktor, hal-hazırda jurnalist fəaliyyəti ilə məşğul olan Rəhman Orxandan gəldi. Rəhman müəllim "Dezinformasiya" və düz informasiya...” adlı yazısına belə başlayır: “Dərsliklərlə bağlı müzakirələrə qoşulmaq istəməsəm də, İnsan Hüquqları İnstitutunun əməkdaşı, Respublika Memarlar İttifaqının üzvü, Azərbaycan "Abidələri Mühafizə Təşkilatı" İctimai Birliyinin sədri Faiq İsmayılovun dünən "Müəllimin proqram dəftəri" ilə bağlı bəzi iradları ilə tanış olduqdan sonra buna məcbur oldum...” Hörmətli Rəhman müəllim bir az diqqətli olsaydı anlayardı ki, mənim söhbət açdığım mövzu dərs vəsaitindən bəhs etmir, özünün də qeyd etdiyikimi burada sıhbət "Müəllimin proqram dəftəri"-indən yəni müəllimlər və sinif rəhbərlərinin istifadəsi üçün nəzərdə tutulan (dəftərdən) mütodiki vəsaitdən gedir. Dəftəri dərsliklə səhv salan Rəhman müəllimi sən demə məsələyə münasibət bildirməyə məcbur edən səbəb işğal altındakı rayonların ərazilərini yuvarlaq rəqəmlərlə göstərməməyim olub. Rəhman müəllim əslində işğal altındakı rayon və şəhərlərin ərazilərinin ölçülərini müzakirəyə çevirməklə diqqəti bilərəkdən problemin mahiyyətindən yayındırmağa çalışır. Müəllif daha sonra yazır: “O, rayonların sahəsinin həmin proqramda guya təhrif edildiyini, azaldıldığını qeyd edir. Lakin bu iddianın nə dərəcədə düz olub-olmadığına heç olmasa özünün inanması üçün gərək o "dəlilləri" ən azı 6-7-ci sinif şagirdlərindən birinə göstərəydi ki, səhv edib-etmədiyini biləydi. O bildirir ki, proqramda Xankəndi şəhərinin sahəsi "təhrif edilərək" 8 km² əvəzinə 0,008 min km², Xocalı rayonunun sahəsi 936 km² əvəzinə azaldılaraq 0,97 min km², Şuşa rayonunun sahəsi 289 km² əvəzinə 0,29 min km², Laçın rayonunun - 1.840 km² əvəzinə 1,84 min km², Xocavəndin - 1458 km² əvəzinə 1,46 min km², Ağdamın - 1154 km² əvəzinə 1,15 min km², Cəbrayılın - 1049.8 km² əvəzinə 1,05 min km², Füzulinin - 1386 km² əvəzinə 1,39 min km², Zəngilanın - 707 km² əvəzinə 0,71 min km² göstərilmişdir”.

Rəhman müəllim məni riyaziyyatı hətta 6-7-ci sinif həcmində bilməməkdə suçlandırır, amma o, Xankəndi şəhərindəki 30 min eksponatı olan tarix diyarşunaslıq muzeyinin və şəkil qalareyasının proqrama salınmadığını, Xocalı rayonununda 53 şəhər, qəsəbə və kəndləri, 242 tarix və mədəniyyət abidəsini siyahıda göstərilməməsini, Laçın rayonunda mövcud 127 şəhər kənd və qəsəbənin sayını azaldaraq 36 və 400 tarix və mədəniyyət abidəsinin sayını azaldaraq 12- göstərilməsini, Xocavənd rayonunda kənd və qəsəbələrin sayını 84-dən 19-a, abidələrin sayının 310-dan 15-ə endirilməsini, Cəbrayıl rayonunda əhalinin sayını 76600 nəfərdən, 62,1 nəfərə endirilməsini, 97 inzibati yaşayış məntəqələrinin sayını 91-ə edirilməsini, abidələrin sayını 93-dən 27-yə endirilməsini, Füzuli rayonunda 77 kənd və qəsəbələrin sayının 55-ə endirilməsini, 71 tarixi abidənin sayının 15-ə endirilməsini, Zəngilan rayonunda 42707 nəfər əhalinin sayını azaldaraq , 36,1-ə abidələrin sayını 56-dan 13-ə endirilməsinə münasibət bildirmir. Niyə? Niyə bu məlumatları “düz” informasiya hesab edir?

Rəhman müəllim daha sonra yazır: “Faiq müəllim o iddiasında da tamamilə səhv edir ki, guya Kəlbəcər rayonunun ərazisi 3,05 min km² (yəni - 3050 km²) yox, 1936 km²-dir. Başa dümək olmur ki, rayonların ərazi sahələrinin proqramda guya az göstərildiyini iddia edərək, nəyə görə özü Kəlbəcərin ərazisini 1000 km²-dən də çox azaltmışdır (bax: Vikipediya, Kəlbəcər)?”

Mən Kəlbəcərin ərazisinin ölçüsünü Azərbaycan Dövlət Statistika Komitəsinin 2013-cü il məlumatına əsasən 1936 km² göstərmişəm, bu məlumat sabiq mühəndis-konstruktoru nədən qane etmədiyini anlaya bilmədim. Sabiq mühəndis belə mübahisəli məsələlərdə niyə rayon İcra Hakimiyyətinin məlumatına deyil, Vikipediyaya istinad etməsi də başa düşülən deyil.

Mən bir daha qeyd edirəm, təhsil müəsisələri üçün çap edilən tədris vasitələrində, metodiki tövsiyyələrdə Azərbaycan həqiqətlərinin təhrif edilməsi, çap prosesi zamanı buraxılan “texniki səhv” anlamına gəlməməlidir. Bu fəaliyyət Azərbaycan Dövlətçiliyini gözdən salmaq, Azərbaycan həqiqətlərini təhrif etmək üçün məqsədli şəkildə dezinformasiya yayılması kimi qiymətləndirilməli və bu işlərə cavabdeh olan şəxslər və onların havadarları məsuliyyət daşımalı və cavab verməlidirlər.

Faiq İsmayılov

AMEA İnsan Hüquqları İnstitunun əməkdaşı, Azərbaycan Memarlar İttifaqının üzvü, Azərbaycan Abidələri Mühafizə Təşkilatı ictimai birliyinin sədri.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 154

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...