SOSİAL
A- A A+

“Yazıçılarımızı dünyaya tanıdaq”

2015-06-09 10:05:00

Birinci Avropa Oyunları çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “XAN” nəşriyyatında “Yazıçılarımızı dünyaya tanıdaq” adlı layihə çərçivəsində kitab dəsti işıq üzü görüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin hazırlanmasında “Hədəf Nəşrləri”nin mütəxəssisləri də yaxından iştirak edib.

Kitabda Azərbaycanın bir sıra tanınmış yazıçılarının həyat və yaradıcılığı haqqında məlumat yer alıb, onların əsərlərindən müəyyən nümunələr təqdim edilib. İngilis dilində olan topluda Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Məhəmməd Hüseyn Şəhriyar, Mir Cəlal Paşayev, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Məmməd Araz, Anar, Elçin, Kamal Abdulla kimi Azərbaycanın görkəmli nümayəndələri yer alıb.

Bildirilib ki, 20 ayrı kitabçadan və bir ümumi kitabdan ibarət dəst Azərbaycan ədəbiyyatını dünyaya tanıtmaq yolunda xüsusi əhəmiyyətə malikdir. Layihənin əsas məqsədi birinci Avropa Oyunları çərçivəsində ölkəni ziyarət edəcək qonaqlarda Azərbaycan mədəniyyətinə xüsusi rəğbət oyatmaqdır.

Nəfis tərtibatda çap edilən dəstdə yazıçıların həyat və yaradıcılığı yüksək poliqrafik keyfiyyətə malik şəkillərlə təqdim olunmaqla xüsusi qutularda yerləşdirilib.

Layihənin məsləhətçisi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, kitab dəstlərinin müəllifi və layihənin rəhbəri isə filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir. “Ön söz”ün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, naşiri Müşfiq Xan, ingilis dilinə tərcümə edəni Könül Nəsibova, redaktoru isə Nərgiz Cabbarlıdır.

Hazırda kitabların təqdimatı üçün “Azerbaijani Literature” adlı qısa film hazırlanır.

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 1224

QHT və MEDİA

2018-07-20 09:00:47

QHT və MEDİA
Avropa Azərbaycanlılar Konqresinin prezi...
Avropa Azərbaycanlılar Konqresinin prezi...

Əvvəlcə İspaniya Müdafiə Nazirliyinin Kataloniyadakı nümayəndəsi, polkovnik ...

2018-07-19 13:40:50

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının sədri H...
YAP Pirallahı rayon təşkilatının sədri H...

Milli oyanışın və tərəqqinin sivil əsaslarının yaradılmasının mühüm vasitəsi ...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...