SİYASƏT
A- A A+

Şavkat Mirziyayev: Özbəkistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini müdafiə edir

2017-10-20 08:30:18

.

Özbəkistan Prezidenti Şavkat Mirziyayev “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak etmək üçün Daşkəndə gələn Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadənin, Türkiyə Din İşləri İdarəsinin sədri Əli Ərbaşın da iştirak etdikləri görüşdə Özbəkistan ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin durmadan inkişaf etdiyi bildirilib.

Allahşükür Paşazadə Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilməsi ilə əlaqədar müxtəlif ölkələrdə keçirilən tədbirlər barədə danışıb, Daşkənddə təşkil olunan “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans barədə məlumat verib. Bildirilib ki, bundan əvvəl Türkiyə, İran, Finlandiya və digər ölkələrdə də belə tədbirlər keçirilib və bu istiqamətdə işlər davam edir. Şavkat Mirziyayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi İslam dünyası üçün zəruri addımdır və bu təşəbbüs bütün müsəlman dünyasında dəstəklənir. Bu məsələ Daşkənd konfransında qəbul olunan bəyanatda da öz əksini tapıb.

Dövlət başçısı Özbəkistan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin, təcrübə mübadiləsinin aparılmasının zəruriliyini vurğulayıb.

Şavkat Mirziyayev bildirib ki, Özbəkistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ədalətli mövqeyini müdafiə edir, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin birmənalı olaraq yerinə yetirilməsinin tərəfdarıdır.


Kateqoriya : SİYASƏT Baxış sayı : 275

QHT və MEDİA

2018-05-25 09:25:44

QHT və MEDİA
Heydər Əliyev Fondunun təşkilatçılığı il...
Heydər Əliyev Fondunun təşkilatçılığı il...

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr ed...

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...