SOSİAL
A- A A+

Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

2017-10-20 08:10:10

.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, eyni zamanda, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə IDEA ilə BMT sisteminin qurumları arasında yeni əməkdaşlıq imkanları, o cümlədən BMT-nin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və ətraf mühit problemlərinin həllində birgə fəaliyyət perspektivləri müzakirə edilib.

Həmçinin BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi üzrə həyata keçirilən layihə ətrafında fikir mübadiləsi aparılıb.

Layihənin məqsədi Azərbaycanın özünəməxsus, dünyada nadir rast gəlinən bioloji müxtəliflik nümunələrinin qorunub saxlanılması məqsədilə xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və səmərəli idarə olunmasıdır. Qeyd edək ki, sözügedən layihə çərçivəsində Qızılağac Dövlət Təbiət Qoruğu kompleksində aparılan yenidənqurma və təkmilləşdirilmə işləri nəticəsində Azərbaycanda regionun ilk xüsusi mühafizə olunan dəniz ərazisi yaradılacaq.

Görüşdə ətraf mühit, davamlı inkişaf və digər məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi və daha da gücləndirilməsi barədə razılığa gəlinib.


Kateqoriya : SOSİAL Baxış sayı : 470

QHT və MEDİA

2019-04-22 08:00:03

QHT və MEDİA
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...

İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tə...

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

CƏMİYYƏT

2019-04-22 07:40:17

CƏMİYYƏT
Tarix dünənki siyasət, siyasət isə bugün...
Tarix dünənki siyasət, siyasət isə bugün...

Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək gərəkdir” (1;67) və “Tar...

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...