MÜSAHİBƏ
A- A A+

“Trentino-Alto Adige muxtar region modeli Qarabağın statusu üçün uğurlu model ola bilər”

2017-10-20 08:05:55

.

İtaliya Senatında keçirilmiş Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 25 illiyinə həsr edilmiş konfrans çərçivəsində XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev İtaliyanın "Nodo di Gordio" beyin mərkəzinin baş tədqiqatçısı Andrea Marciglianoya müsahibə verib. XİN-in mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, müsahibə İtaliyanın nüfuzlu "İl Giornale" qəzetində dərc edilib.

Müsahibədə Avropa İttifaqı və İtaliya ilə əməkdaşlığın inkişaf perspektivlərinə toxunulub. Bu xüsusda, H. Hacıyev Azərbaycanın Avropa ilə sıx bağlılığı, terrorizm, qanunsuz miqrasiya, ektremizm və radikalizmin qarşısının alınmasında oynadığı mühüm rolu, Avropanın enerji təhlükəsizliyinə töhfəsi kimi məsələlərdən söz açaraq ölkəmizin Avropa İttifaqı və o cümlədən İtaliyanın “təbii tərəfdaşı” olduğunu bildirib. Habelə, o, Azərbaycanla Avropa İttifaqı arasında Strateji tərəfdaşlıq sazişinin yekunlaşdırılması üzrə intensiv danışıqların aparıldığını və bu sazişin qarşıdan gələn illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın inkişafı üçün mühüm çərçivə rolunu oynayacağını qeyd edib.

Yaxın Şərqdə cərəyan edən hadisələrlə bağlı sualı cavablandıran H.Hacıyev bütün beynəlxalq ictimaiyyət kimi regiondakı vəziyyətin Azərbaycanı da narahat etdiyini qeyd edib. Regionda sabitliyin təmin olunması üçün o, uzun sürən münaqişələrin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun köklü həllinin tapılması, dövlətlərin daxili işlərinə qarışmağa və idarəçilik sistemini zorakı yollarla dəyişməyi nəzərdə tutan siyasi eksperimentlərə son qoyulması və dinlər və mədəniyyətlərarası dialoqun təşviq edilməsinin zəruri olduğunu bildirib.

XİN rəsmisi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atıla biləcək addımlar və bu xüsusda İtaliyanın töhfəsinə dair sualı cavablandıraraq bildirib ki, münaqişənin həllinin siyasi-hüquqi əsasları və atılmalı olan addımlar bəllidir. BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə əlaqədar qəbul etdiyi dörd qətnamə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bir daha təsdiq edərək, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir.

Münaqişənin həllinə İtaliyanın töhfəsinə gəldikdə isə, o deyib ki, İtaliyanın Trentino-Alto Adige muxtar region modeli Azərbaycan sərhədləri daxilində Dağlıq Qarabağ regionunun muxtar statusu üçün öyrənilməli olan uğurlu modellərdən biri ola bilər və İtaliyanın ATƏT-in Minsk Qrupunda üzvlüyünü və gələn ATƏT-ə sədrliyini nəzərə alaraq, Minsk Qrupu çərçivəsində də bu modelin öyrənilməsi və İtaliyanın təcrübəsinin bölüşülməsi çox faydalı olardı.

Müsahibə əsnasında H. Hacıyev Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, dünya bazarında neftin qiymətinin sabitləşdirilməsi kimi məsələlərə də toxunub. Müsahibəyə keçid aşağıdakı linkdən əldə edilə bilər: http://m.ilgiornale.it/news/2017/10/19/i-25-anni-di-cooperazione-tra-italia-e-azerbaigian/1454141/


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 267

QHT və MEDİA

2018-07-18 08:25:25

QHT və MEDİA
İtaliya mətbuatı Ermənistanın həmvətənlə...
İtaliya mətbuatı Ermənistanın həmvətənlə...

Soydaşlarımız Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Ermənistan silahlı qüvvələ...

2018-07-17 09:25:06

QHT və MEDİA
Fransanın “Lettre Diplomatique” jurnalın...
Fransanın “Lettre Diplomatique” jurnalın...

Fransanın “Lettre Diplomatique” jurnalının növbəti nömrəsi Azərbaycana həsr o...

CƏMİYYƏT

2018-07-18 21:15:54

CƏMİYYƏT
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...
Yüz yaşlı güvənc və iftixar mənbəyimiz...

Tariximizin ən şanlı və parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyə...

2018-07-16 09:25:44

CƏMİYYƏT
Azərbaycanın multikulturalizm siyasəti ö...
Azərbaycanın multikulturalizm siyasəti ö...

Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident...

İQTİSADİ

2018-07-18 07:05:04

İQTİSADİ
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...
“Yanar dağ” dövlət tarix-mədəniyyət və t...

Sərəncama görə, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasi...

2018-07-13 10:25:36

İQTİSADİ
Zurab Pololikaşvili: Azərbaycanda turizm...
Zurab Pololikaşvili: Azərbaycanda turizm...

Görüşdə son illər Azərbaycanda turizm sektorunda reallaşdırılmış tədbirlərin ...