2017-10-20 07:50:03 | CƏMİYYƏT
Tbilisidə Azərbaycan ocağı

.

Tbilisidə keçiriləcək konfransa dəvət alanda ağlıma ilk gələn fikir Mirzə Fətəli Axundovun bu şəhərdəki ev-muzeyini ziyarət etmək oldu. Konfrans işini yekunlaşdıran kimi internet vasitəsiylə muzeyin ünvanını tapdım: Vaxtanq Qorsaqali küçəsi 17... Muzey bizim qaldığımız oteldən piyada 10 dəqiqəlik məsafədə yeləşirdi, özü də şəhərin mərkəzində, daha çox azərbaycanlıların məskunlaşdığı yerdə. Vestibüldə bizi azərbaycanlı mühafizəçi qarşıladı.

Muzeyin girişində dahi mütəfəkkirin büstü qoyulmuşdu. Binanın birinci mərtəbəsində art-kafe var idi. Burada tez-tez rəsm əsərlərinin sərgisi və bədii gecələr keçirildiyini öyrəndik. Yaxın dostum, konfrans iştirakçısı Seymur Nağıyevlə hərəyə üç lari verib muzeyə daxil olduq. Muzey əməkdaşı Cəmilə xanımın şirin, özünəməxsus ləhcəsiylə dramaturqun həyatına qısa ekskurs etdik. Öyrəndik ki, muzeydə 2700-ə yaxın eksponat sərgilənir. Sərgilənən eksponatların bir qismi orijinal olmasa da, çox nəfis formada tərtib edilib.

Cəmilə xanım söhbət zamanı bildirdi ki, 22 yaşında Tiflisə gələn Mirzə Fətəli Axundov 1864-cü ildə bu ərazini alaraq ikimərtəbəli binanı öz layihəsi ilə tikdirir və ömrünün sonunadək burada yaşayır. Keçmiş sovet dövründə binanın bir qismi yaşayış üçün şəhər sakinlərinə verildiyindən onun yalnız salamat qalan iki otağında 1982-ci ildə muzey təsis olunur. 2012-ci ildə isə Azərbaycan prezidentinin göstərişi və SOCAR-ın maliyyə dəstəyi, o cümlədən, ciddi nəzarətiylə muzey yenidən bərpa edilir. İlk olaraq ərazidə məskunlaşan yerli əhali SOCAR-ın ayırdığı maliyyə ilə başqa yerlərə köçürülür və bina sıfırdan əsaslı şəkildə yenidən qurulur, üçüncü mərtəbə inşa edilir.

Məqsəd muzeyi azərbaycanlıların mədəniyyət mərkəzinə çevirmək idi. Bu gün muzeyin üçüncü mərtəbəsində yerləşən konfrans zalında tez-tez mədəniyyət tədbirləri keçirilir. Azərbaycan və onun mədəniyyəti Gürcüstanda belə təbliğ olunur. Cəmilə xanım deyir ki, Gürcüstan məktəbliləri, turistlər, Azərbaycan vətəndaşları tez-tez muzeyi ziyarətə gəlirlər.

Bir məqamı qeyd edim ki, biz ziyarətdə olanda artıq möhtəşəm bir təqdimata hazırlıq gedirdi. Muzeydə dramaturqun ailə üzvləri, əsərləri, müasirləri haqqında sənədlər, fotoşəkillər ayrıca bölmələrdə sərgilənir.

Dramaturuqn iş otağı da olduğu kimi saxlanılıb. Muzeydə Qarabağ musiqiçiləri haqqında ayrıca bir bölmə də var. Bu bölmədə M.F.Axundovun böyük hörmət bəslədiyi Xurşidbanu Natəvanın porteti, müasirlərinin arxiv fotoları sərgilənir.

Muzeydən xoş təəssüratla ayrılırıq. Azərbaycan səfirliyinin möhtəşəm inzibati binası da bu ərazidə yerləşir. Üçgünlük səfər çərçivəsində şəhərdə çoxsaylı Şərq mədəniyyətinin nümunələrini gördük və ziyarət etdik.

Fəxr duyulası məqamlar çox oldu. Məbədə çevrilən muzey bu gün Tbilisidə Azərbaycan mədəniyyətinin təbliğat mərkəzinə çevrilib. Bu gün M.F.Axundovun muzeyə çevrilən evi təmiz və saf Azərbaycan sevgisi üzərində qurulduğundan inanıram ki, bundan sonra da muzey mədəniyyət mərkəzi kimi bir sıra ciddi və yaddaqalan layihələrə imza atacaq.

Vüqar TOFİQLİ

Baxış sayı : 2233
Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq 2021-02-25 09:35:08 Xocalını xatırlayarkən 2021-02-25 09:10:31 Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər 2021-02-25 09:00:39 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” 2021-02-25 08:35:42 “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb 2021-02-24 16:05:51 “Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib 2021-02-24 10:35:00 Qubadlı rayonunun Hal kəndi - VİDEO 2021-02-24 09:55:02 ABŞ-da Xocalı soyqırımına aid televeriliş nümayiş etdirilib 2021-02-24 09:35:59 Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir 2021-02-24 09:20:35 Əcnəbi media Xocalı soyqırımı barədə məqalə dərc olunub 2021-02-23 20:50:37 Ermənilərin viran qoyduğu Ağdamın Sırxavənd kəndi - VİDEO 2021-02-23 11:25:17 Dərsliklərə zəfər tariximizin daxil edilməsi üçün işlər aparılır 2021-02-23 09:40:08 Rotterdamda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş sərginin açılışı olub 2021-02-23 08:55:30 Qərbi Azərbaycanda dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər 2021-02-23 09:15:33 Azərbaycanın Rus İcması dünya ictimaiyyətindən Xocalı soyqırımının tanınmasını tələb edir 2021-02-23 08:30:12 "Xocalı həqiqətlərinin parlament tribunasından səsləndirilməsi üçün addımlar atılacaq" 2021-02-23 08:20:35 Azərbaycan-Rusiya veteran təşkilatlarının dostluq əlaqələri möhkəmlənir! 2021-02-22 19:40:04 Azərbaycan səfirinin İtaliya mətbuatında geniş müsahibəsi dərc olunub 2021-02-22 13:50:35 Ermənilərin informasiya təxribatı davam edir 2021-02-22 13:05:41 Prezidentin xüsusi nümayəndələrinin vəzifələri ilə əlaqədar qanuna dəyişiklik təsdiqlənib 2021-02-22 12:20:44 Ağdamın Əlimədətli kəndindən VİDEO 2021-02-22 09:10:57 İşğaldan azad olunmuş ərazilərdə 106 yeni abidə aşkarlanıb 2021-02-22 08:30:23 Qarabağın işğaldan azad edilmiş torpaqlarına qayıtmaq istəyən rus ailələrindən Milli Məclisə ərizələr daxil olur 2021-02-22 08:10:55 Ermənistanın "xəritə" oyunu: Azərbaycanlıların Qarabağa qayıdışını ləngitməyə çalışırlar 2021-02-22 08:00:57