SİYASƏT
A- A A+

Prezident İlham Əliyev: “Təhlükəli elementlər bizim sərhədlərdən keçməməlidir"

2017-10-19 10:30:52

“Biz MDB məkanında bir çox mühüm işlərdə fəal iştirak edirik. Əlbəttə, təhlükəsizliyin, sərhədlərin qorunmasının möhkəmləndirilməsi bizim bütün ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu, ölkələrimizin və xalqlarımızın təhlükəsizliyinin əsasıdır”

Bunu oktyabrın 18-də Azərbaycan prezidenti İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçiriləcək 78-ci iclasının iştirakçıları ilə görüşündə deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda sərhəd xidmətinin infrastrukturunun, bütövlükdə sərhəd xidmətinin inkişafına çox böyük diqqət yetirilir: “Son illərdə sərhədlərin möhkəmləndirilməsi, müasir avadanlıqla təchizatı sahəsində çox iş görülüb. Hesab edirəm ki, bu sahə təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm sahələrdən biridir. Təəssüf ki, bizim ölkələrimizin yerləşdiyi regionlarda, bütövlükdə dünyada risklər artır. Buna görə, əlbəttə ki, səylərin əlaqələndirilməsi, informasiya mübadiləsi və təhlükəli hallara qarşı birgə mübarizə bizim təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda vəziyyət sabitdir, ölkə uğurla inkişaf edir, daxili risklər və potensial təhlükələr yoxdur. Buna görə, əlbəttə, biz əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər bizim sərhədlərdən keçməsin. Biz bunu, əlbəttə, öz qonşularımızla, MDB ölkələri ilə əlaqələndirilmiş şəkildə təmin edirik”.

Prezident İlham Əliyev deyib ki, beynəlxalq terrorizmə qarşı mübarizə məsələləri bugünkü gündəlikdə başlıca yer tutur: “Bu gün praktiki olaraq bütün beynəlxalq sammitlərdə ekstremizmə, mütəşəkkil cinayətkarlığa, narkotrafikə qarşı mübarizə ən aktual mövzulardır. Təbii ki, bizim ölkələrimiz bütün bu müasir təhdidlərə və təhlükələrə adekvat şəkildə cavab verməlidir. Mən şadam ki, bütövlükdə MDB məkanında vəziyyət kifayət qədər sabitdir. Xüsusilə bugünkü dünyada bir sıra regionlarda çox həyəcanlı proseslər - sabitliyin pozulması, daxili münaqişələr, müharibələr, qanlı toqquşmalar getdiyi vaxtda biz əlbəttə ki, öz ölkələrimizin təhlükəsizliyini möhkəmləndirməliyik və ölkələrimiz arasında, o cümlədən sizin başçılıq etdiyiniz sahədə əməkdaşlığın daha da möhkəmlənməsinə təkan verməliyik. Mən əminəm ki, Komandanlar Şurasının iclası yüksək səviyyədə keçiriləcək və müzakirə olunacaq məsələlər ölkələrimizin təhlükəsizliyinin daha da möhkəmlənməsinə, sərhədlərin qorunmasının möhkəmlənməsinə gətirib çıxaracaq”.

MDB Sərhəd Qoşunları Komandanları Şurasının sədri, Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini, Sərhəd Xidmətinin rəhbəri Vladimir Kulişov MDB Sərhəd Qoşunları Komandanları Şurasının yaradılmasının 25 illiyinə həsr olunmuş xatirə medalını və hədiyyələri dövlət başçısına təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.(Azadinform)


Kateqoriya : SİYASƏT Baxış sayı : 212

QHT və MEDİA

2018-04-20 20:05:48

QHT və MEDİA
Şura QHT-lər üçün məlumatlandırma sessiy...
Şura QHT-lər üçün məlumatlandırma sessiy...

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ...

2018-04-20 10:55:20

QHT və MEDİA
“Kəlbəcərlilər dövlət və dövlətçilik nam...
“Kəlbəcərlilər dövlət və dövlətçilik nam...

Tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib...

CƏMİYYƏT

2018-04-20 08:20:56

CƏMİYYƏT
“Ordu üçün bütün işlər görülür, görüləcə...
“Ordu üçün bütün işlər görülür, görüləcə...

“Bu reallıq bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığı...

2018-04-20 07:45:17

CƏMİYYƏT
Şamil Sabiroğlunun Daxili İşlər Nazirli...
Şamil Sabiroğlunun Daxili İşlər Nazirli...

Azərbaycanın Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə y...

İQTİSADİ

2018-04-20 07:55:10

İQTİSADİ
Nazir: “Hərbi əməliyyatlarda həlak olan ...
Nazir: “Hərbi əməliyyatlarda həlak olan ...

"APA-Economics" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri vəzi...

2018-04-16 21:45:12

İQTİSADİ
UNEC ilə Türkiyənin İnönü Universitetini...
UNEC ilə Türkiyənin İnönü Universitetini...

Sənədə əsasən, tərəflər müəllim, bakalavr, magistr, doktorant və tədqiqatçıla...