MÜSAHİBƏ
A- A A+

Azay Quliyev: “Azərbaycan həm də beynəlxalq təşkilatların onunla bağlı davranışını adekvat dəyərləndirir”

2015-06-09 09:25:27

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Bakıdakı əlaqələndirici ofisinin bağlanması barədə nota verib.

Bu addım, Azərbaycanın beynəlxalq arenadakı imicinə hər hansı mənfi təsir göstərə bilərmi?

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini  Azay Quliyev mövzu ilə bağlı açıqlama verib.  

Azay Quliyev bildirib ki, ATƏT-in heç də bütün üzv ölkələrdə ofisləri yoxdur. Deputatın sözlərinə görə ATƏT-lə əməkdaşlıq etməkdən ötrü ölkədə ofis saxlamaq şərt deyil. 

 Azay Quliyev Azərbaycanın həmişə ATƏT-lə səmimi əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb: “Təsadüfi deyil ki, Azərbaycan bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ATƏT-ə  etibar edib. Bundan başqa Azərbaycan müstəqil və suveren dövlətdir və bütün qərarlar milli maraqlar çərçivəsində qəbul edilir. Azərbaycan həm də beynəlxalq təşkilatların onunla bağlı davranışını adekvat dəyərləndirir.

Əgər hər hansı bir qurum öz nümayəndəliyini açan zaman götürdüyü öhdəliklərə əməl etmirsə, mövcud beynəlxalq sazişlər çərçivəsində fəaliyyət göstərmirsə, Azərbaycanın suverenliyinə və milli  maraqlarına uyğun olmayan təlimatlar verirsə, onda hüququmuz var ki, bu təşkilatla əməkdaşlıq məsələlərinə baxaq”.(modern.az) 

 Milli Məclis üzvü hesab edir ki, ATƏT-in Bakıdakı əlaqələndirici ofisinin bağlanması heç bir halda Azərbaycana qarşı təzyiq, qarayaxma, ittiham mexanizmi kimi istifadə oluna bilməz. “ATƏT öz səfirini subyektiv amillərə görə geri çağırırsa və onun müddətini uzatmırsa, bu, əlbəttə ki, bizə xoş təsir bağışlamır. Belə olan təqdirdə, bizə mesaj gəldi ki, ATƏT Azərbaycanla səmimi əməkdaşlığa maraq göstərmir. Buna görə də ATƏT-in Bakıdakı əlaqələndirici ofisinin bağlanması məsələsi gündəmə gəldi”.  


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1288

QHT və MEDİA

2019-07-20 09:10:35

QHT və MEDİA
Gürcü ekspertlər: “İnsidentin arxasında ...
Gürcü ekspertlər: “İnsidentin arxasında ...

Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, ...

2019-07-20 07:45:42

QHT və MEDİA
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997
UNUDULMUŞ ŞƏHİD MƏZARLARI 1990-1997

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına...

CƏMİYYƏT

2019-07-19 08:40:08

CƏMİYYƏT
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-16 09:25:35

İQTİSADİ
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın ak...

Bir sıra ekspertlər son zamanlar Avropa İttifaqı-Azərbaycan münasibətlərində ...