SOSİAL
A- A A+

“Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda dəyirmi masa keçirildi

2017-10-17 19:30:11

Layihə

Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu tərəfindən həyata keçirilən, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsində nəzərdə tutulmuş “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda Dəyirmi masa keçirildi.

Yığıncağı giriş sözü ilə açan layihənin direktoru, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Oruc ilk öncə yığıncağı iştirakçılarından, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını xahiş etdi.

Daha sonra Sərraf Oruc 18 aprel 2017-ci il tarixindən, 18 oktyabr 2017-ci il tarıxinə kimi həyata keçirilən layihənin və həyata keçirilən layihənin nəticəsi kimi, zəruriyyətdən yaranan «Şəhid Ailələrinin və Müharibə Əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»-nin yaradılması haqqında ətraflı məlumat verərək, bildirdi ki, əsas məqsəd şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarına və həmçinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicələrinin məşğul olan Səhiyyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək, adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir. Şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına və əhalinin həssas təbəqəsi hesab olunan insanlara qayğı göstərmək həm cəmiyyətin, həm də dövlətin başlıca vəzifələrindən biridir.

Şəhid ailələrinin, müharibə əlillərinin və veteranların tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə, Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyev tərəfindən Fərman və Sərəncamlar imzalamışdır. Bu gün də bu təbəqəyə diqqət və qayğını artırmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müxtəlif Fərman və Sərəncamlar imzalanaraq davam etdirilir. Bu gün şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial problemlərinin həlli dövlətin daim diqqət mərkəzindədir. Cənab Prezidentin bu təbəqələrdən olan insanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığı fərman və sərəncamlar, dövlətimizin başçısının tapşırığı əsasında ildən-ilə gücləndirilən mühüm sosial proqramlar onların etibarlı sosial müdafiə sistemi, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmalarına şərait yaradıb.

Sərraf Oruc həyata keçirilmiş layihənin 6 ay müddətində ayrı-ayrı bölgələrində adiyyəti olan Dövlət qrumlarının, QHT, KİV-nin nümayəndələrinin və şəhid ailələrinin, müharibə əlillərinin və veteranların birgə iştirakı ilə tədbirlər keçirərək onların tibbi-sosial problemlərinin həllinə köməklik göstərilməsi və maarifləndirmə işləri aparıldığı barəsində Dəyirmi masa iştirakçılarına ətraflı məlumat verdi.

Azərbaycan Respublikası Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri millət vəkili Hadi Rəcəbli, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Şura Musayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik-leytenant İbrahim Ağacanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Şaiq Məmmədov, Dövlət Sosial Siğorta Kommersiya Şirkətinin Hüquq şöbəsinin müdiri Əfqan Hüseynov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında yaradılmış İctimai Şuranın üzvü, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi Birliyinin sədri Rövşən Ağamalıyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkiliyinin sektor müdiri Müqabil Mahmudov, 20 yanvar Birliyinin sədri Soltan Əzimov, Respublika Vətənpərvərlər Cəmiyyətinin sədri, Çeçenistanın milli Qəhramanı Arif Məhərəmov, “Veteranqadınlarının Sosial reabilitasiya” birliyinin sədri Radə Abbas, Xəzər–Kür Xeyriyyə Cəmiyyətinin sədri, Respublika Axsaqqallar Şurasinin üzvü Akif Kərimov, “Ehtiyatda olan zabitlər konfederasiyası” İctimai Birliyinin sədr müavini ehtiyatda olan polkovnik Həsən Əmirov, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” Birliyinin sədri Vahid Abbasov, “QÜRUR Şəhid Ailələri” Birliyinin sədri Naibə Behbudova, Şəmsi Əsədullayev adına Xeyriye Birliyinin icracı drektoru və QHT- TV- nin rəhbəri Cəsarət Hüseyinzadə, Sosial Rifah və Tədqiqatlar Birliyinin sədri Əkrəm Bəydəmirli çıxış edərək, şəhid ailələrinə və müharibə əlillərininə göstərilən diqqət və qayğılarından, onların tibbi-sosial problemlərinin həlli istiqamətində aparılan işlərlə bağlı fikirlərini açıqlayıblar.

Çıxış edənlər, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsıni müsbət qiymətləndirərək, həyata keçirilən layihə sahəsində adiyyəti olan idarələrlə birgə əməkdaşlıq edərək, şəhid ailələrinin, Əfqanıstan, Qarabağ müharibəsi, Çernobıl əlilləri, veteranlar və hərbi qulluqçular arasında aparılan maarifləndirmə işləri, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında Azərbaycan Respublikası Qanununun icrasına ictimai dəstək verərək öz xeyirli töhfəsini verəcəyinə bildirdilər. Çıxış edənlər öz çıxışlarnın sonunda həyata keçirilən “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsini müsbət qiymətləndirdilər və layihənin icrasına görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasına və «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fonduna öz təşəkkürlərini bildirdilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdüri çıxış edərək müharibə əlilərini maraqlandıran və ən ağır problemlərdən biri olan, Vətəndaşların Respublikadan Kənarda Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicə olunmaları haqqında suallara cavab verdilər.

Layihənin direktoru, Sərraf Oruc “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layihəsininin bölgələrdə işgüzar və effektli keçməsində birgə əməkdaşlıq edərək təşkilatı işlərdə yaxından köməklik göstərdikləri üçün, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsəllər şöbəsinin müdiri Cənab Əli Həsənova, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenat Cənab Arzu Rəhimova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Şaiq Məmmədov Şirvan şəhər İcra İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalova, İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsəllər şöbəsinin müdir Adəm Hüseynova, Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı cənab Ayaz Əsgərova, başçının müavini Əfsanə Məmmədova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehti Mehtiyevə və layihənyənin hüquqşunastı İlham Əhmədova öz təşəkkürünü bildirdi.

Dəyirmi masanın sonunda, QHT-nın, KİV-nin nümayəndələrinin və Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemləri haqqında çıxışları, müzakirələr və təkliflərin verilməsi ilə istifadə etmələri barəsində sualları cavablandırlıb aydınlıq gətirildikdən sonara, Dəyirmi masa adından, Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial sığortalarında qalmış problemlərin həll olunması üçün, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikası Milli Məclisinin rəhbərliyinə müraciət edilməsi qərara alındı.

Fact-info.az

  • @continue

Kateqoriya : SOSİAL Baxış sayı : 598

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...