MƏDƏNİ
A- A A+

Bakıda “XX-XXI əsr Azərbaycan rəngkarlığı” ekspozisiyası açılıb

2015-06-09 09:15:47

Prezident İlham Əliyev, xanımı, Mehriban Əliyeva ekspozisiyanın açılışında iştirak ediblər

Dövlət Bayrağı Meydanı ərazisində Heydər Əliyev Fondunun daha bir layihəsi olan yeni ekspozisiya açılıb.
Bu, ölkəmizin təsviri incəsənətinin inkişafının yüzillik tarixini əhatə edən “XX-XXI əsr Azərbaycan rəngkarlığı” ekspozisiyasıdır.
Prezident İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva ekspozisiyanın açılışında iştirak ediblər.
Məlumat verilib ki, burada özündə dəzgah rəngkarlığının əsasını qoymuş ilk peşəkar rəssamlarla yanaşı, həm tanınmış korifeylərin, həm də qismən unudulan sənətkarların əsərləri sərgilənir.
Müasir Azərbaycanın təsviri incəsənət tarixi nisbətən gəncdir və XX yüzilliyin birinci yarısına təsadüf edir. Avropa incəsənət ənənələri Azərbaycana hələ XVIII əsrdən nüfuz etməyə başlayıb. Lakin müasir təsviri incəsənət məktəbinin formalaşmasında ciddi və əhəmiyyətli addım Bakıda 1920-ci ildə ilk Rəssamlıq Məktəbinin açılışı ilə atılıb. Artıq Rəssamlıq Məktəbinin ilk buraxılışı Azərbaycana əsl sənətkarları – milli rəngkarlıq məktəbinin formalaşmasının əsasında duran çox müxtəlif və son dərəcə istedadlı rəssamları bəxş edib. Milli rəngkarlıq məktəbinin inkişafında növbəti mərhələdə rəssam-nonkonformistlər tamamilə başqa bədii -plastik məsələləri həll etməklə Azərbaycanda avanqardizm üçün yol açıblar. Onların əsərləri müasir təsviri incəsənətin əsasını qoyub. Bu parlaq və bənzəri olmayan sənətkarların yaradıcılıq metodu “Abşeron rəngkarlıq məktəbi” adını alıb.
Bu gün Azərbaycanda incəsənətin inkişafı üçün bütün imkanlar mövcuddur. Yeni formasiya rəssamlarının yaradıcılığı əsl düşüncə oyunlarıdır.
Sərgi realizm, modernizm və postmodernizm kimi bir-birindən fərqlənən bədii istiqamətlərdən bəhs edir və Azərbaycan təsviri incəsənətinin parlaq, sirli və dərkedilməz dünyası ilə tanış olmağa imkan yaradır.

 

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1272

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...