SOSİAL
A- A A+

Azay Quliyev ATƏT-in Qırğızıstandakı seçkilərlə bağlı rəyini açıqlayıb

2017-10-16 22:35:19

Koordinatoru Azay Guliyev Qırğzıstanda keçirilən prezident seçkiləri haqqında mətbuat konfransı keçirib

Xüsusi koordinator kimi Qırğızıstanın bütün ərazisində fəaliyyət göstərən ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları üzrə Ofisinin, ATƏT-in Parlament Assambleyasının, Avropa Şurasının Parlament Assambleyasının və Avropa Parlamentinin ümumilikdə 400-dən artıq qısamüddətli müşahidəçisinə rəhbərlik edən Azay Quliyev seçkilərin ilkin nəticələri barədə bəyanat qəbul etdiklərini deyib.

ATƏT PA-nın vitse-prezidenti qeyd edib ki, 15 oktyabrda keçirilmiş prezident seçkiləri Qırğızıstan Respublikasında hakimiyyətin bir prezidentdən digərinə keçidini təmin etməklə demokratik institutların güclənməsinə müsbət təsir edib: “Seçkidə rəqabət və beləliklə seçicilərin geniş seçim imkanı var idi. Namizədlər azad şəkildə təbliğat kampaniyasını apara bilirdilər. Ancaq ictimai resursların səhv istifadəsi, seçicilərə təzyiq və səslərin alınması halları da narahatçılıq səbəbi kimi qalmaqdadır. Texniki cəhətdən seçkilər yaxşı təşkil edilmişdir, lakin Mərkəzi Seçki və Referendum Komissiyasının şərhləri bəzi hallarda qərəzli idi. Teledebatlar plüralizmə müsbət təsir göstərsə də, özünüsenzura və media azadlığındakı müəyyən zəifliklər də mövcuddur”. Azay Quliyev səsvermənin məxfiliyi ilə bağlı problemlərə baxmayaraq, müşahidə aparılan səsvermə məntəqələrində prosesin səsvermə qaydalarına uyğun təşkil edildiyini bildirib. Həmçinin nəticələrin hesablanmasının ilkin mərhələsində nəzərəçarpan prosedur problemləri də olub.

ATƏT-in seçki müşahidə missiyasının xüsusi Kordinatoru 2017-ci ildə bir sıra dəyişikliyə məruz qalmış qanunvericiliyin seçki prosesinin bir sıra aspektlərini tənzimlədiyini, lakin seçki kampaniyalarının aparılması və maliyyələşməsi, vətəndaş nəzarəti və şikayətləri məsələlərinin mükəmməl əks olunmadığını deyib: “Seçkilərin təşkilatçı orqanları texniki cəhətdən hər şeyi yaxşı təşkil etsələr də, Mərkəzi Seçki Komissiyasının neytrallığı ilə bağlı qeyri-əminlik var idi. Ümumilikdə MSK-nın üzvləri peşəkarcasına işləyirdilər, lakin bəzi hallarda müəyyən namizədlərə üstünlük verilirdi və bu da bəzi vacib məsələlərlə bağlı MSK-nın iştirakına zərər vururdu. Seçicilərin qeydiyyatı mərkəzləşdirilmiş əhali qeydiyyatına əsaslanır və bütün seçicilərin biometrik məlumatlarını özündə cəmləşdirib. Seçicilərin qeydiyyatı və təsdiqi sistemi əminlik yaratsa da, əsasən xaricdə yaşayan bir sıra Qırğızıstan vətəndaşı biometrik qeydiyyatdan keçməmişdir”.

Azay Quliyev seçkilərdə 11 prezidentliyə namizədin olmasının seçicilərə geniş seçim imkanı verdiyini, eyni zamanda namizədliyin irəli sürülməsi prosesinin çətinliyinin qeydiyyatın inkluzivliyinə problem yaratdığını bildirib: “Qeydiyyatdan keçmiş namizədlər azad kampaniya apara bilsələr də, müəyyən pozuntular da nəzərə çarpırdı. Həmçinin, əsas namizədlərdən birinə dəstək göstərən müxalif siyasətçilərə qarşı da bir neçə cinayət işi qaldırılmışdı. Qanunvericilikdəki son dəyişikliklər namizədlərin kampaniyaları üçün limiti böyüdüb və xərclərin limitini aradan qaldırıb. Bu da namizədlərin bərabər olması ilə bağlı qeyri-əminlik yaratdı. Qanun gəlir mənbəyinin açıqlanmasını tələb etmir və kampaniyanın maliyyə məsələlərilə bağlı pozuntulara proporsional sanksiyalar təyin etmir.

Konstitusiya söz azadlığını təmin edir və açıq şəkildə diffamasiyaya görə cinayət məsuliyyətini qadağan edir. Lakin diffamasiya bağlı təqsirləndirmələr ictimai debatlara əks effekt verir və özünəsenzura hallarına yol açır”. ATƏT PA-nın vitse prezidenti deyib ki, MSK tərəfindən alınmış şikayətlərin çox hissəsi kampaniya qaydalarını pozulması ilə bağlı olub. MSK şikayətlərin online qeydiyyatını aparırdı ki, bu da şəffaflığı genişləndirirdi. Lakin şikayətlərə baxılsa da, tələb olunan cəzaları tətbiq etmirdi. Milli azlıqların seçki kampaniyasına cəlb edildiyini və namizədlərin onların səsi üçün mübarizə apardığını bildirən Azay Quliyev seçki platformalarının azlıqların vəziyyəti və onların ictimai inteqrasiyasını əks etdirmədiyini qeyd edib: “Anti-azlıq ritorikasına rast gəlməsək də, bəzən interetnik məsələlərin siyasi aspektlərinə toxunulurdu”. “Vətəndaş cəmiyyəti vətəndaş və seçici təhsili sahəsində mühüm rol oynayıb və geniş seçki müşahidəsi aparıb. Bu, seçki prosesinin şəffaflığının artırılmasına kömək etdi” deyə Azay Quliyev qeyd edib.

Seçki müşahidə missiyasının xüsusi Kordinatoru mətbuat konfransında deyib ki, seçki günü dinc və şəffaf şəkildə keçib və hər hansı bir hadisə baş verməyib. Mərkəzi Seçki Komissiyasının elan etdiyi seçici fəallığı 56% olub.

Azay Quliyev ATƏT PA-nın, AŞPA-nın, Avropa Parlamentinin, eləcə də Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tərəfdaşlarına səmərəli işlədikiləri və fikirlərini birgə ifadə etməkləri üçün təşəkkürünü bildirib. ATƏT PA-nın vitse-prezidenti həmçinin seçkiləri izləmək üçün onları dəvət etdiyinə görə beynəlxalq seçki müşahidə missiyası adından Qırğızıstan hakimiyyətinə təşəkkür edib.


Kateqoriya : SOSİAL Baxış sayı : 355

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...