QHT və MEDİA
A- A A+

ADA Universiteti və BAMF “Qarabağ” layihəsi həyata keçirəcək

2017-10-16 09:20:13

ADA Universiteti və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) arasında bağlanmış memorandum əsasında “Qarabağ” sosial-humanitar layihəsinin başlanmasına dair tədbir keçirilib

BAMF-dan APA-ya verilən məlumata görə, tədbirdə universitetinin müəllim və tələbə heyəti, BAMF əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan ADA-nın prorektoru Fariz İsmayılzadə BAMF-ın təşkilatçılığı ilə bu ilin iyun ayında ADA universiteti tələbə və müəllim heyətinin müharibədən zərərçəkmiş regionlara səfərinin əhəmiyyətini vurğulayıb. BAMF prezidenti Umud Mirzəyev ADA ilə müharibədən zərərçəkmiş regionlara səfərin digər universitetlərin də bu kimi təşəbbüslərə qoşulması baxımından zəruriliyini bildirib. U. Mirzəyev müharibədən zərər çəkmiş regionlarla tanış olan xarici müəllim və tələbə heyətinin müharibənin törətdiyi faciələr, dağıdılmış infrastruktur, güllələnmiş məzarlıqlara dair esselərinin, həyat hekayələrinin sosial şəbəkələrdə, internet mediada işıqlandırmasının vacib olduğunu qeyd edib. Daha sonra səfərlə bağlı BAMF tərəfindən hazırlanmış videomaterial ADA-nın müəllim və tələbə heyətinə nümayiş etdirilib. BAMF-ın əməkdaşı Anastasiya Lavrinanın müharibədən zərərçəkmiş ərazilərdə mövcud imkanlar və infrastruktur, sosial humanitar sahədə layihələrinin icrası və tərəfdaşlıq perspektivlərinə dair təqdimatı olub. Sonda təmas xəttinə yaxın yerlərdə yerləşən kəndlərin su və kəhriz probleminin aradan qaldırılması üçün birgə xeyriyyə tədbirlərinin, müharibədən zərərçəkən bölgələrdə sosial biznesin inkişafına, təhsil və idmana dəstək proqramlarının gerçəkləşdirilməsi üçün “Qarabağ” layihəsinin başlanılmasına qərar verilib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 396

QHT və MEDİA

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

CƏMİYYƏT

2018-12-16 18:45:15

CƏMİYYƏT
Erməni işğalının yaratdığı humanitar-mə...
Erməni işğalının yaratdığı humanitar-mə...

Erməni işğalı nəticəsində yaranan humanitar-mənəvi itkilərin qiymətləndirilm...

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

İQTİSADİ

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...