SİYASƏT
A- A A+

BMT-nin baş katibi: “Bakı prosesi” mədəniyyətlərarası dialoqun dəstəklənməsində əsas yer tutur

2017-10-14 09:20:54

.

BMT-nin baş katibi Antoniu Quterreş Baş Assambleyaya “Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədənidəniyyətlərarsı dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı məruzə təqdim edib.

Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, məruzədə BMT Baş Assambleyasının müvafiq qətnamələrinin icrasında BMT-nin sülh mədəniyyəti, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi məsələləri ilə məşğul olan əsas təşkilatları haqqında informasiya yer alıb.

Məruzənin dayanıqlı inkişafın maraqları baxımından dialoqa, onun etnik, dini, sosial və mədəni tərkib hissələri məsələlərinə həsr edilən bölməsində BMT-nin baş katibi Azərbaycanın YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə keçirdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu xüsusilə vurğulayır.

Baş katib qeyd edir ki, 2008-ci ildən reallaşdırılan “Bakı prosesi” mədəniyyətlər arasında dialoqun dəstəklənməsi cəhdlərində əsas yer tutur, bu proses çərçivəsində iki ildən bir keçirilən Ümumdünya Forumu isə mədəniyyətlərarası dialoqun təşviqi üçün zəruri qlobal platforma kimi özünü təsdiqləyib. Məruzədə bildirilir ki, 2017-ci il mayın əvvəlində “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əvvəlki forumlarda olduğundan daha çox nümayəndə iştirak edib, daha çox tədbirlər və işçi iclaslar keçirilib.

Baş katibin məruzəsində builki Forum çərçivəsində keçirilmiş Nazirlər Görüşü, “Qızların təhsili vasitəsilə zorakı ekstremizmə qarşı” mövzusunda iclas barədə məlumat verilir.

Məruzədə vurğulanır ki, Forumda 120-dən çox ölkədən 800 nümayəndə resursların, toplanmış bilik və təcrübənin mübadiləsi məsələlərini müzakirə edib. Baş katibin sözlərinə görə, bu müzakirələr Mədəniyyətlərin Yaxınlaşması üzrə Beynəlxalq Onilliyin Məqsədlərinin birgə dərkinə və reallaşdırılmasına yönələn tədbirlər görməyə, Dayanıqlı İnkişafın 16-cı məqsədində göstərilən sülhpərvər və açıq cəmiyyətlərin qurulmasına, “Bakı prosesi”nin həyata keçirilməsinə yeni imkanlar yaradır.


Kateqoriya : SİYASƏT Baxış sayı : 122

QHT və MEDİA

2018-02-16 09:50:08

QHT və MEDİA
Praqada Xocalı qurbanlarının xatirəsinə ...
Praqada Xocalı qurbanlarının xatirəsinə ...

Fevralın 15-də Çexiyanın paytaxtı Praqa şəhərində Xocalı qurbanlarının xatirə...

2018-02-16 08:00:06

QHT və MEDİA
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...
Azay Quliyev: ATƏT PA-nın sessiyasında m...

ATƏT Parlament Assambleyasının 17-ci qış sessiyasında mühüm məsələlər müzakir...

CƏMİYYƏT

2018-02-15 10:30:05

CƏMİYYƏT
İsrail qondarma erməni soyqırımını tanım...
İsrail qondarma erməni soyqırımını tanım...

AzVision.az-ın "Jerusalem post" nəşrinə istinadən verdiyi məlumata görə, parl...

2018-02-13 09:25:38

CƏMİYYƏT
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...
Yaqub Mahmudov: 1918-ci ilə qədər Cənubi...

Bu fikirləri Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik...

İQTİSADİ

2018-02-16 10:20:34

İQTİSADİ
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...
"Cənub Qaz Dəhlizi" beynəlxalq səviyyədə...

"APA-Economics" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Enerji Ehtiya...

2018-02-16 08:15:30

İQTİSADİ
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...
"Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşu...

"APA-Economics" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzr...