SİYASƏT
A- A A+

Azərbaycan XİN Ermənistanın regional layihələrdə iştirak imkanı barədə

2017-10-14 09:35:40

.

Bəzən Ermənistan tərəfinin nə istədiyini başa düşmək çox çətindir. Ermənistanın Azərbaycana qarşı təcavüzü və Türkiyəyə qarşı irəli sürdüyü iddiaları nəticəsində Mehri-Culfa və Gümrü-Qars dəmir xətləri qeyri-işlək vəziyyətə düşüb və dənizə çıxışı olmayan Ermənistan özünü tam şəkildə təcrid vəziyyətinə salıb.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev son dövrlərdə Ermənistanın Bakı-Tbilisi-Qars dəmir-yolu layihəsindən istifadə etməsi məsələsinin Ermənistan ictimaiyyətində müzakirə olunmasına münasibət bildirərkən deyib. H.Hacıyev bildirib ki, tikintisi başa çatan Bakı-Tbilisi-Qars dəmir-yol xətti regional əməkdaşlıq, tranzit imkanlarının və ticarət dövriyyəsinin artırılması və nəticə etibarilə, Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadiyyatı üçün əlavə imkanların yaradılması baxımdan böyük perspektivlər vəd edir: "Azərbaycan daim regionda sabitləşdirici rol oynayır, Bakı-Tbilisi-Ceyhan, TANAP/TAP, Bakı-Tbilisi-Qars, Şimal-Cənub və Cənub-Qərb kimi layihələrlə regional əməkdaşlığı və çiçəklənməni təşviq edir.

Azərbaycan dəfələrlə bəyan edib ki, Azərbaycana qarşı işğalına son qoyduqdan və işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxardıqdan sonra Ermənistan regional inteqrasiya imkanlarından, o cümlədən Bakı-Tbilisi-Qars layihəsi kimi uğurlu regional əməkdaşlıq və nəqliyyat imkanından faydalana bilər".


Kateqoriya : SİYASƏT Baxış sayı : 294

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-13 20:55:07

CƏMİYYƏT
Xəzər dənizinin hüquqi statusuna dair Ko...
Xəzər dənizinin hüquqi statusuna dair Ko...

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zir...

2018-08-10 10:55:07

CƏMİYYƏT
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...
"Minsk qrupuna yeni dövlətlər cəlb etmək...

- Siz "Azərbaycan Cənubi Qafqazın lider dövləti" adlı kitabın həmmüəllifisini...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...