MÜSAHİBƏ
A- A A+

Bəzi qüvvələr AŞPA-da Azərbaycana qarşı nifrət kampaniyası yaratmağa cəhd edirlər

2017-10-12 10:35:58

.

AŞPA-nın sessiyasında keçirilən bugünkü müzakirələr Avropa Şurasında Azərbaycana qarşı müxtəlif qruplar, xüsusilə ermənilər tərəfindən dəstək alan qruplar olduğunu və onların ölkəmizi yersiz tənqid etməyə cəhd etdiklərini bir daha aydın şəkildə göstərdi.

Bu fikri AŞPA-da “Azərbaycanda demokratik təsisatların fəaliyyəti”, “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” adlı hesabatlar üzrə qətnamələrin qəbul edilməsindən sonra assambleyadakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində deyib. Əslində AŞPA-nın heç bir iclasında iştirak etməyən şəxslər - Omtziq, Ştrasser bu gün sessiyaya gəlib ölkəmizi tənqid etmək fürsətini əldən vermək istəməyiblər. Onlar açıq-aşkar qarşılarına məqsəd qoyublar ki, AŞPA-da Azərbaycana qarşı lobbiçilik, nifrət kampaniyası yaratsınlar. Özləri də ancaq yalan danışmaqla, böhtan atmaqla məşğuldurlar.

Azərbaycan hüquqi islahatlar həyata keçirməklə beynəlxalq münasibətlər sistemində mövcud olan mütərəqqi hüquqi quruluşlar arasında öz yerini möhkəmlədib və ən fəal üzvlərdəndir. Azərbaycanın apardığı hüquqi islahatlar, hakimlərin təyin olunması, hüquq qanunvericiliyinin inkişaf etdirilməsi bütün ölkələr tərəfindən yüksək qiymətləndirilib. Məruzəyə “Azərbaycanda hüquq islahatlarına başlamaq lazımdır” ifadəsi ilə başlamaq o deməkdir ki, ya Azərbaycanda gedən proseslərə, ümumiyyətlə, diqqət yetirmirlər, ya da qəsdən ölkəmizə qarşı belə əsassız iddialar irəli sürərək Azərbaycanla Avropa Şurası arasında uçurum yaratmaq istəyirlər. Ancaq onlar istədiklərinə nail ola bilmədilər. Qətnamələrlə bağlı müzakirələrdə çıxış edən Avropa parlamentariləri və nümayəndə heyətimizin üzvləri Azərbaycanın inkişafı, mövqeyi, gördüyü işlərlə bağlı konkret faktları diqqətə çatdırdılar.

Səməd Seyidov deyib: “Artıq Avropada, eləcə də AŞPA-da yaxşı başa düşürlər ki, Avropa Şurasının baş katibi Avropa İnsan Haqları Məhkəməsinin yerinə yetirilməyən 10 min işini kənara qoyaraq ölkəmizlə bağlı bir işin üstünə düşüb. O, bununla Azərbaycanın imicinə, nüfuzuna zərbə vurmaq niyyətindədir. Biz konkret olaraq bildirdik ki, bəzi kampaniyaların arxasında erməni lobbisinin pulları durur. Bəzi ölkələrlə gecə-gündüz çalışıb dialoq qururlar, ancaq Azərbaycanla bağlı uçurum yaratmaq istəyirlər. Bu cəhdlərin arxasında dayananlar ölkəmizi istəməyən qüvvələrdir. Bu qüvvələrin yalanları ayaq tutacaq, amma yeriyə bilməyəcək. Çünki yalan, böhtan əsasında qurulan kampaniya yaxşı nəticə verə bilməz”.

Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, Azərbaycan müstəqil ölkədir, öz müstəqil siyasətini davam etdirir, həqiqətləri Avropa parlamentarilərinə, ictimaiyyətinə çatdırır. Biz bunu ölkəmizin qüdrəti əsasında edirik. Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası Azərbaycanla əlaqə qurmaqda daha çox maraqlıdır, nəinki Azərbaycan bu təşkilatlarla. Parlamentarilər bunu daha yaxşı başa düşür və bilirlər ki, Şərq və Qərb fəlsəfəsini özündə birləşdirən Azərbaycansız AŞPA yaşaya bilməz.

Qətnamədə qaçqın və məcburi köçkünlərə dair bəndlə bağlı S.Seyidov bildirib ki, artıq hamı işğalçını tanıyır, həqiqətləri bilir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu, işğal altında olan torpaqlarımızda ermənilərin törətdiklərini hamı bilir. Ancaq AŞPA-da mövcud olan üzdəniraq qruplar bütün dünyaya bəlli olan həqiqətləri belə danmağa hazırdırlar. Onlar hətta qaçqın və köçkünlərlə bağlı həqiqətləri də inkar etməyə hazırdırlar. Bu qruplar ölkəmizdə aparılan iqtisadi islahatları, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işləri inkar etməyə cəhd edirlər. “Ümumiyyətlə, bu gün AŞPA-da ağa qara demək siyasətinin şahidi olduq”, - deyə Azərbaycan nümayəndə heyətinin rəhbəri qeyd edib.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 292

QHT və MEDİA

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

2018-10-18 21:20:32

QHT və MEDİA
QHT-nin hesabat xarakterli yekun tədbir...
QHT-nin hesabat xarakterli yekun tədbir...

Fact-info.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə Demokratik Cə...

CƏMİYYƏT

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

2018-10-19 00:30:28

CƏMİYYƏT
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə...
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə...

Fact-info.az-a daxil olan məlumata görə, toplantıda Şuranın 10 illik fəaliy...

İQTİSADİ

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...