MƏDƏNİ
A- A A+

“Vətənin tərənnümü” adlı sərgi

2017-10-11 11:00:40

.

Xətai Sənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Vətənin tərənnümü” adlı etüd rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Məqsəd cəmiyyətdə doğma yurda sevgi və vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət etməkdir.

150-dən çox rəssam öz canlı müşahidələri əsasında ərsəyə gətirdiyi 350-yə yaxın təbiət mənzərələri etüdlərini müsabiqəyə təqdim etmişlər. Yekun sərgidə isə 46 rəssamın, münsiflər heyəti tərəfindən seçilmiş 80-ə qədər etüdü nümayiş olunacaq. Eyni zamanda, sərgidə korifey sənətkarlarımızın etüdlərindən bəzi nümunələr də sərginin ekspozisiyasında yer alacaq.

Sərginin açılışından bir gün sonra “Rəssamlıqda etüdün rolu” mövzusunda rəssamların və sənətşünasların iştirakı ilə “dəyirmi masa” keçiriləcək. Bundan başqa, müsabiqədə münsiflər heyətindən daha çox xal toplamış etüdçülərin bir qismi Azərbaycanın rayonlarından birinə səfər edərək etüd çəkmə şansı qazanacaq. Müsabiqədə I, II, III yerlər və həvəsləndirici mükafatlar olacaq. Bütün müsabiqə iştirakçılarına diplomlar təqdim olunacaq.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 332

QHT və MEDİA

2018-09-25 09:35:20

QHT və MEDİA
Milli Məclis Ermənistan parlamenti ilə ə...
Milli Məclis Ermənistan parlamenti ilə ə...

Fact-info.az "Report"a istinadən xəbər verir ki, bunu görüşdə iştirak edən Mi...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-25 21:35:51

CƏMİYYƏT
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və...

2018-09-25 10:35:01

CƏMİYYƏT
"Xaçaturov gizli erməni planlarında KTMT...
"Xaçaturov gizli erməni planlarında KTMT...

Bu barədə Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ...

İQTİSADİ

2018-09-26 09:45:08

İQTİSADİ
“Azerspace-2” orbitə buraxılıb
“Azerspace-2” orbitə buraxılıb

Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Qviana Kosmos Mə...

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...