SİYASƏT
A- A A+

Deputat AŞPA üzvlərini qərəzli iddialara yox,etibarlı mənbələrə istinad etməyə çağırıb

2017-10-11 10:35:54

.

AŞPA-nın payız sessiyası çərçivəsində Assambleya üzvlərinin şəffaflığı, hesabatlılığı və toxunulmazlığını dəstəkləməyə və inkişaf etdirməyə dair məsələnin müzakirəsinə qoşulan Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Vüsal Hüseynov təqdim olunan məruzənin Assambleyanın etibarlılığını və birliyini gücləndirəcəyinə inandığını bildirib.

O qeyd edib ki, parlamentarilərin fəaliyyətini tənzimləyən və onlardakı mənfi halların qarşısını alan təkmil “davranış qaydaları”nın tələblərinə riayət olunmalıdır. Deputat Assambleya üzvləri, üzv dövlətlər haqqında açıq mənbələrdə çoxlu iddialar olmasına baxmayaraq, məruzədə yalnız bir ölkədən danışılmasını təəssüflə bildirib, obyektivlik prinsipinin pozduğunu qeyd edib. O, açıq iddialardan qarayaxma kampaniyasında alət kimi istifadə etməyin asan olduğunu vurğulayaraq, belə iddialarda ehtiyatlı olmağa çağırıb. Bildirib ki, təsdiq olunmamış hər hansı iddialara yüksək səslə, zəruri olduğundan artıq reaksiyalar vermək parlamentin nüfuzuna xələl gətirir. Deputat ölkəmizin də qərəzli iddialar və təsdiq edilməmiş mənbələrə istinadla qarayaxma kampaniyasına məruz qaldığını bildirib.

V.Hüseynov son zamanlar baş verən arzuolunmaz hadisələr və onlara qarşı seçilən cavab üsullarının Assambleyanı nüfuzdan saldığını deyib. Bildirib ki, məruzə və müzakirələr AŞPA-nın nüfuzunun diqqətdə saxlanılmasını şərtləndirir. Bu baxımdan məruzədə belə hallarda araşdırmaların məxfiliyini nəzərdə tutan təklif alqışlanmalıdır.

Deputat diqqətə çatdırıb ki, Assambleya üzvlərinə dair bütün qayda, məhdudiyyət və öhdəliklərə paralel olaraq yuxarıda göstərilən iddialardan müdafiə mexanizminin hazırlanması vacibdir. Assambleya üzvlərinin qaydalara zidd hər hansı fəaliyyətlə məşğul olması ilə bağlı qərəzli iddialar irəli sürənlər bunun üçün məsuliyyət daşıdıqlarını bilməlidirlər. V.Hüseynov bunun Assambleyada daxili qaydaların təkmilləşdirilməsi üçün növbəti istiqamət olacağına inandığını vurğulayıb və parlamentariləri etibarlı, əmin mənbələrə istinad etməyə çağırıb.(Azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 179

QHT və MEDİA

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

2018-01-14 08:40:12

QHT və MEDİA
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avro...

CƏMİYYƏT

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

2018-01-12 09:35:45

CƏMİYYƏT
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...

Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şüb...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...