QHT və MEDİA
A- A A+

QHT “Aqrar sektorda uçotun təşkili və alternativ maliyyələşmə mövzusunda tədbir keçirib

2017-10-10 10:35:09

Layihə

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (İRÖİB) birgə olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 4 oktyabr 2017-cı il tarixində Lənkəran şəhərində şəhərində Lənkəran Regional Mərkəzinin kəndli-fermer təsərrüfatları üçün “Kəndli fermer təsərrüfatlarında uçotun təşkili və alternativ maliyyə mənbələrinə çıxış imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində “Aqrar sektorda uçotun təşkili və alternativ maliyyələşmə” mövzusunda treyninq-debat keçirilmişdir.

Tədbiri giriş sözü ilə Lənkəran Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Tofiq Rzayev açmışdır. O, çıxışında ölkəmizdə həyata keçirilən islahatların kənd təsərrüfatının inkişafında rolundan bəhs etmişdir. Tədbirdə həmçinin, Lənkəran Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Təyyub Rzayev də çıxış etmişdir. O da öz növbəsində layihənin kənd təsərrüfatı və fermerlər üçün əhəmiyyətindən danışmışdır.

Söz İRÖİB-in sədri, layihənin koordinatoru, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyevə verildi. O, “Mövcud maliyyələşmə kanalları - Girov, faiz və əlçatanlıq”, “Alternativ maliyyə mənbələrinə çıxışın zəruriliyi - Ortaqlıq (muşaraka), vençur kapitalı (mudaraba), vədəli satış (murabaha) və icarə (lizinq); kimi investisiya cəlbi mövzularından danışaraq onlara biznes təklifin işlənməsi üzrə praktiki nümunələr öyrətmişdir.

Sonra İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse-prezidenti Radil Fətullayev isə “Kəndli fermer təsərrüfatlarında, İdarəetmədə, Qərar qəbulunda uçotun vacibliyi” mövzusunda çıxış edərək “Balans”, “Mənfəət və Zərər ” haqqında hesabatların hazırlanmasını izah edərək iştirakçılarla birlikdə konkret təsərrüfat hadisələri əsasında nümunələr işləmişdir.

Qeyd edək ki, sözügedən layihə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına” dair Strateji Yol Xəritəsi çərçivəsində nəzərdə tutulan tədbirlərin icrasını özündə ehtiva edir. Tədbirin sonunda iştirakçılarla birgə şəkillər çəkilmişdir. Fact-info.az


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 584

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...