SOSİAL
A- A A+

İstanbulda keçiriləcək “D-8” Zirvəsinə hazırlıq işləri başa çatıb

2017-10-10 08:05:01

Oktyabrın 19-da və 20-də Türkiyə daha bir beynəlxalq təşkilatın dövlət başçılarının Zirvə görüşünə ev sahibliyi edəcək

Bu dəfə “İnkişafda olan səkkizlər”in (D-8) dövlət və hökumət başçıları İstanbulda bir araya gələcəklər. Türkiyə tərəfi ev sahibliyi etdiyi bu Zirvəyə Azərbaycanı xüsusi qonaq statusu ilə dəvət edib.

“D-8” formatına Türkiyə, İran, Pakistan, Bangladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya daxildir. Təşkilatın üzvlərindən ikisi Türkiyə və İndoneziya “Böyük iyirmilər”in (G-20) üzvüdür. Qeyd edək ki, Türkiyənin sədrliyi dövründə Azərbaycan “Böyük iyirmilər”in toplantılarında xüsusi statuslu qonaq kimi iştirak edib. “D-8”in yaranması ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısı çərçivəsində meydana çıxıb və bir il sonra təşkilatın İstanbul Zirvə toplantısı ilə təsis olunub. “D-8” ötən dövrdə böyük inkişaf yolu keçib. Hazırda təşkilat Zirvə, Şura və Komissiyalardan ibarət 3 əsas rəhbər struktur tərəfindən idarə olunur.

“D-8” Birləşmiş Millətlər Təşkilatında 2014-cü ildən müşahidəçi statusu ilə təmsil olunur. Təşkilata üzvlük inkişaf etmiş ölkələr üçün azaddır. İlk növbədə üzv ölkələrdə elm və texnologiyaların, ticarət, sənaye, kənd təsərrüfatı, o cümlədən balıqçılıq və qablaşdırılmış qida istehsalını yüksəltmək təşkilatın qarşıya qoyduğu əsas vəzifədir.

Tərəflər hesab edirlər ki, iqtisadi əməkdaşlığı genişləndirməklə, o cümlədən ticarət sahəsindəki imkanlardan daha səmərəli istifadə etməklə həm üzv ölkələrin, eyni zamanda, onların qarşılıqlı münasibətlərdə olduqları ölkələrin inkişafına böyük töhfələr vermək mümkündür. Təşkilatın katibliyinin rəsmi məlumatına görə, 2015-ci ildə üzv ölkələrin ümumi daxili məhsulu ümumilikdə 3,6 trilyon dollar olub. Bundan başqa, hesabat ilində ticarət dövriyyəsi 120 milyard, ixracat isə 693 milyard dollar məbləğinə yüksəlib. Bu göstərici dünyadakı illik ticarət dövriyyəsinin təxminən 4 faizini təşkil edir.

Artıq iyirmi yaşını qeyd etməyə hazırlaşan “D-8” bu vaxtadək 8 Zirvə, 37 komissiya iclası, 16 şura toplantısı keçirib. Ekspertlər hesab edirlər ki, “D-8” qurumuna üzv olan ölkələr arasında ticarət dövriyyəsinin məbləğini 500 milyard, ixracatı isə 800 milyard ABŞ dolları səviyyəsindən yuxarı qaldırmaq mümkündür. Heç şübhəsiz ki, oktyabrın 19-da başlayacaq və iki gün davam edəcək “D-8” IX İstanbul Zirvəsi dünya iqtisadiyyatındakı mövcud problemlərin həlli yollarının göstərilməsi üçün də böyük töhfələr verəcək.

Təşkilat komitəsinin məlumatına görə, “D-8” Zirvəsinə hazırlıq işləri başa çatıb. Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsi Zirvəni izləmək üçün KİV nümayəndələrinin qeydiyyatını oktyabrın 10-da başa çatdıracaq. İlkin məlumata görə, Zirvəni işıqlandırmaq məqsədilə 150-dən çox beynəlxalq media qurumunun təmsilçiləri qeydiyyat üçün müraciət ünvanlayıb.(Azərtac)


Kateqoriya : SOSİAL Baxış sayı : 486

QHT və MEDİA

2019-03-21 19:10:44

QHT və MEDİA
Əli Həsənov: Nursultan Nazarbayevin qəra...
Əli Həsənov: Nursultan Nazarbayevin qəra...

Qazaxıstan və Azərbaycan ortaq tarixi, mədəniyyəti, ənənələri bölüşən qardaş ...

2019-03-20 12:10:55

QHT və MEDİA
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...

Prezident İlham Əliyevin yürütdüyü sosial siyasəti, şəhid ailələrinə diqqət v...

CƏMİYYƏT

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

2019-03-14 08:55:42

CƏMİYYƏT
Münaqişənin həlli ilə bağlı politoloji t...
Münaqişənin həlli ilə bağlı politoloji t...

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Q...

İQTİSADİ

2019-03-23 09:50:08

İQTİSADİ
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...

Azərbaycanın OPEC və təşkilata daxil olmayan ölkələrin razılaşmasında iştirak...

2019-03-19 10:55:48

İQTİSADİ
Nazirlər Kabinetinin illik hesabatı: sis...
Nazirlər Kabinetinin illik hesabatı: sis...

Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sisteml...