QHT və MEDİA
A- A A+

Fransa mediası Dağlıq Qarabağ münaqişəsindən yazıb

2015-06-08 09:30:08

"Dağlıq Qarabağ münaqişəsi: Fransa vasitəçi kimi rolunu yerinə yetirməlidir"

Fransanın "Contrepoints" portalında məqalədə Ermənsitan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, onun Cənubi Qafqaz regionunun inkişafına vurduğu ziyandan, problemin həlli istiqamətində dünya birliyi tərəfindən kifayət qədər səy göstərilməməsindən bəhs edilir. Dağlıq Qarabağ münaqişəsinin daim gündəmdə olduğu diqqətə çatdırılır.

Məqalədə bildirilir ki, Azərbaycan çoxsaylı maraqların toqquşduğu Cənubi Qafqaz kimi həssas bir regionun aparıcı dövlətidir. Zəngin enerji resurslarına malik, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşir. Ermənistanın Azəbaycana qarşı ərazi iddiaları ilə başlayan Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunun inkişafına ciddi maneə yaradır.

Müəllif ATƏT-in Minsk qrupunun 20 ildən artıqdır bu problemin həllində vasitəçilik etməsinə baxmayaraq, onun fəaliyyətinin indiyədək nəticəsiz qaldığını qeyd edir. Məqalədə ikili standartlardan da bəhs edilərək beynəlxalq birlik tərəfindən Ukrayna məsələsində nümayiş etdirilən mövqenin ərazisinin 20 faizi işğal altında olan Azərbaycana münasibətdə göstərilmədiyi vurğulanır.

Qeyd edilir ki, may ayında qondarma "Dağlıq Qarabağ respublikası" "prezidenti"nin Fransaya səfəri və bu səfər çərçivəsində ölkənin bir sıra şəhərləri ilə "dostluq xartiyaları"nın imzalanması rəsmi Parisin Minsk qrupunun həmsədri kimi münaqişənin həllində vasitəçilik roluna kölgə salır.

Müəllif vurğulayır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də Ukrayna məsələsi kimi bütün Avropaya bəlli olmalıdır. Bu gün Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq səviyyədə hökm sürən durğunluğu görür.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1461

QHT və MEDİA

2019-04-23 08:25:31

QHT və MEDİA
Milli Qəhrəman Samid İmanovun adı əbədil...
Milli Qəhrəman Samid İmanovun adı əbədil...

Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun adı əbədiləşdirilib. Baş Nazir No...

2019-04-22 08:00:03

QHT və MEDİA
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...

İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tə...

CƏMİYYƏT

2019-04-22 07:40:17

CƏMİYYƏT
Tarix dünənki siyasət, siyasət isə bugün...
Tarix dünənki siyasət, siyasət isə bugün...

Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək gərəkdir” (1;67) və “Tar...

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...