SİYASƏT
A- A A+

Ərdoğan Qərbi terror təşkilatlarına dəstək verməkdə günahlandırıb

2017-10-09 10:50:16

.

“Suriya və İraqda baş verənlərə müdaxilə etməsək, daha böyük fəlakətlərlə üzləşərik” “Balkanlar və Qafqaz ürəyimizin bir parçasıdır. Türkiyə dərin qohumluq və dostluq əlaqələrimizin olduğu bu ölkələrdən kənarda düşünülə bilməz”. Azadinform-un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Afyonda partiya fəallarının toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

Qərbi İŞİD, PKK, FETÖ kimi terror təşkilatlarına dəstək verməkdə günahlandıran Türkiyə prezidenti bildirib ki, Türkiyə qonşuları Suriya və İraqda baş verənlərə də laqeyd yanaşa bilməz: “Türkiyənin sərhədlərində təhlükə, təhdid var. Hələbi Qaziantepdən fərqləndirmək olarmı? Yox. Hələb bombalanarkən oradakı qardaşlarımız hara getdi? İdlibə getdilər. İdlibdə sülhü, atəşkəsi təmin etməliyik”.

Suriyada İdlib əməliyyatında Türkiyə ordusunun müxalif Azad Suriya Ordusuna dəstək verdiyini bildirən R. T. Ərdoğan deyib ki, PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin Türkiyənin sərhədləri boyu terror dövləti yaratmasına imkan verilməyəcək: “Biz yeni bir Kobani olayı yaşamaq istəmirik. İdlibdə buna imkan verməyəcəyik. Yaxud İraqda nə baş verir? Məsələn, 400 min türkmənin yaşadığı bir şəhər olmuş Telafərdə hazırda 8-10 min türkmən var. 100 minə qədər telafərli də hazırda Türkiyədədir. Bu qardaşlarımızın haqqını qorumamalıyıqmı? Bəziləri deyirlər ki, İraq və Suriyada nə işiniz var, Türkiyənin daxili problemləri ilə məşğul olun. Suriya və İraqdan qaçanlar hara üz tutur? Türkiyəyə! Biz Suriya və İraqda baş verənlərə müdaxilə etməsək, sabah daha böyük fəlakətlərlə üzləşərik. Biz Türkiyənin Suriya və İraqdan qaynaqlanan təhdidlərlə küncə sıxışdırılmasına yol verməyəcəyik. Biz təhdidləri mənbəyində aradan qaldıracağıq. “Fərat qalxanı” bunun ilk addımı oldu, bu gün İdlib əməliyyatı ilə davam edir. Bizə dost olmayanlara da sözümüz odur ki, bir gecə xəbərsiz gələ bilərik”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 526

QHT və MEDİA

2019-05-18 10:35:39

QHT və MEDİA
Beynəlxalq Münasibətlərin Araşdırılması ...
Beynəlxalq Münasibətlərin Araşdırılması ...

Mərkəzdən bildiriblər ki, Ermənistanın regional təhdidi mövzusunda keçiriləcə...

2019-05-16 07:55:17

QHT və MEDİA
Azərbaycanın ictimai-siyasi həyatında QH...
Azərbaycanın ictimai-siyasi həyatında QH...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri MDB PAA DİMBİ Bakı ...

CƏMİYYƏT

2019-05-17 22:25:16

CƏMİYYƏT
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan R...

2019-05-15 10:25:01

CƏMİYYƏT
Hikmət Şikarov: Nə xaricdə olan bəzi qü...
Hikmət Şikarov: Nə xaricdə olan bəzi qü...

Brüsseldə Avropa İttifaqının Şərq tərəfdaşlığı Sammiti ərəfəsində bəzi qərb d...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...