SOSİAL
A- A A+

I Avropa Oyunlarına həsr edilmiş fotosərgi açılıb

2015-06-08 09:10:54

"Azərbaycan - İdman foto obyektivdə "

Avropa Oyunları Əməliyyat Komitəsinin, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS), Fransa Milli Olimpiya və İdman Komitəsinin və Nitsa Milli İdman Muzeyinin birgə təşkilatçılığı ilə "Azərbaycan - İdman foto obyektivdə " adlı fotosərginin açılışı keçirilib.

İlk Avropa Oyunlarının şərəfinə Fransanın Milli Olimpiya və İdman Komitəsinin qərargahında təşkil edilmiş sərgi iyunun 28-dək davam edəcək.

Fransa İdman Evində nümayiş etdiriləcək foto şəkillər 2014-cü ildə TEAS tərəfindən təşkil edilən fotomüsabiqənin yekun nəticəsinə əsasən seçilib. Həmin foto şəkillər dünyanın müxtəlif ölkələrindən olan peşəkar və həvəskar fotoqrafların təqdim etdiyi 300 şəkil arasından seçilib. Müsabiqənin mövzusu 2015-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi I Avropa Oyunlarına həsr olunub. Müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi və Avropa Oyunlarının məzmunu kimi mövzuları əhatə edir.

Sərginin açılışında Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Fransa Milli Olimpiya və İdman Komitəsinin sədri Denis Massaqlia, Fransa Güləş Federasiyasının sədri və “Bakı 2015” Avropa Oyunlarında iştirak edəcək Fransa nümayəndə heyətinin rəhbəri Alen Bertolom, Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin sədri, fransalı senator Jan-Klod Frekon, Fransa Milli Assambleyasının deputatı və Azərbaycanlıların Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel, Fransanın xarici ticarət qurumunun komitə sədri Alen Jerar və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən D.Massaqlia Bakının bu oyunların keçirilməsini layiqincə bacaracağını bildirib. O qeyd edib ki, Azərbaycan tərəfi bu Oyunları qəbul etmək arzusunu, niyyətini açıqladıqda və öz namizədliyini irəli sürdükdə yarışın təşkil edilməsini bacaracağına tam əmin idi: “Bildiyimə görə, Azərbaycan çox gözəl bir ölkədir və onun paytaxtı Bakının Avropa Oyunlarını qəbul etməsi üçün bütün imkanları var. Bugünkü sərgini açmaq mənim üçün çox xoşdur”.

J.F.Mansel isə Bakıda keçiriləcək bu oyunların möhtəşəm bir idman tədbiri və gözəl bir bayram olacağını deyib: “Fikrimcə, möhtəşəm bir anlar yaşanacaq. Azərbaycan bu oyunların olduqca qısa bir müddətdə hazırlanmasını boynuna götürə bildi. Məncə bu möhtəşəm bir idman tədbiri və gözəl bayram olacaq”.

 

A.Bertolom da Avropa qitəsində də belə bir yarışın keçirilməsi fikrinin çox gözəl bir təşəbbüs olduğunu söyləyərək, Avropada bundan sonra bu yarışların uzun sürəcəyinə ümid etdiyini bildirib.


Kateqoriya : SOSİAL Baxış sayı : 1069

QHT və MEDİA

2018-01-17 14:10:14

QHT və MEDİA
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...

Bu barədə Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesaba...

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...