SOSİAL
A- A A+

“BMT-nin İqtisadi Sosial Şurası ilə əməkdaşlıq imkanları və perspektivləri” mövzusunda tədbir keçirilib

2017-10-06 20:00:24

.

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Azərbaycanın bir sıra qeyri qeyri hökumət təşkilatlarının iştirakı ilə “BMT-nin İqtisadi Sosial Şurası ilə əməkdaşlıq imkanları və perspektivləri” mövzusunda tədbir keçirilib.

BAMF-ın ofisində baş tutan tədbir Azərbaycandan olan vətəndaş cəmiyyəti qurumlarının BMT qurumları ilə əlaqələrinin gücləndirilməsi, İqtisadi Sosial Şuranın QHT bölməsində təmsilçiliyi, dayanıqlı inkişaf hədəflərinin təşviq edilməsi və zəruri yardımların göstərilməsi geniş müzakirə olunub. Tədbiri çıxış sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev rəhbərlik etdiyi təşkilatın regionda BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT bölməsinin ən yüksək statuslu (General Status) üzvü olan yeganə vətəndaş cəmiyyəti təmsilçisi olduğunu, bunun təkcə BAMF-ın yox, həm də Azərbaycanın nailiyyəti olduğunu bildirdi. 1992- ci ildə yaradılan təşkilat ötən illər ərzində fəaliyyətində inkşafa meylli, beynəlxalq əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi, yeni əlaqələrin qurulması, müxtəlif aspektləri əhatə edən sosial-humanitar proqramların icrasını prioritet seçib və bu istiqamətdə fasiləsiz olaraq uğurlu fəaliyyət göstərməyə davam edib.

Bunun nəticəsi olaraq 2014-cü ildə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) böyük nailiyyətə imza ataraq BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT bölməsinin ən yüksək statuslu (General Status) üzvü oldu . ECOSOC-un məşvərətçi statusu 4 ildən bir seçilən, BMT -nin Təhlükəsizlik Şurasının 3 daimi üzvünün - ABŞ, Çin, Rusiyanında təmsil olunan 19 dövlətin nümayəndəsindən ibarət QHT komitəsinin zəmanət və tövsiyəsi əsasında verilir. Ən yüksək status dünyanın hər hansı bir regionunda və eləcə də Şərqi Avropa və Asiya regionunda BMT agentliklərinin prioritet hesab etdikləri sahələrin, davamlı inkişaf məsələlərinin təbliğ və inkişaf etdirilməsi üçün imkanlar yaradır.BMT-nin İqtisadi Sosial Şurası ECOSOC-da əsas məşvərətçi status qazanan BAMF BMT Baş Assambleyası tərəfindən çağırılan beynəlxalq konfrans və digər xüsusi iclasların iştirakçısı olmaq, komitə tərəfindən verilmiş zəmanət əsasında şifahi, həmçinin qısa yazılı bəyanatlar vermək, ECOSOC-un və onun digər orqanlarının iclaslarında iştirak üçün nümayəndələr təyin etmək, QHT-lərin maraqlı olduğu məsələlərlə bağlı katiblikdəki məmurlarla məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdir.

Bunula yanaşı, bu üzvlük BAMF-a BMT-in mənzil qərərgahında istənilən vaxt beynəlxalq statuslu tədbirlər keçirməyə , müzakirələr təşkil etməyə imkan verir . BAMF müstəqil bir üzv olaraq istənilən vaxt aktual olan məsələni müzakirə predmetinə çevirərək BMT-yə üzv ölkələrinin mənzil qərərgahındakı təmsilçilərini geniş tədbirə dəvət etmək imkanına malikdir. BAMF, ECOSOC-un əsas prioritetlərini Azərbaycanla yanaşı post sovet məkanında da davam etdirməklə davamlı inkişaf istiqamətində platformanın inkişaf etdirir. Ən yüksək status dünyanın, eləcə də Azərbaycanın maraq dairəsində olan məsələlərlə bağlı BMT-də müzakirələr zamanı vətəndaş cəmiyyəti təşkilatı olaraq həmin məsələlərə münasibət bildirmək, müvafiq səviyyədə işlər aparmaq, Azərbaycanın maraqlarının beynəlxalq arenada güclənməsinə dəstək olmaq üçün geniş imkanlar açır. Qeyd edək ki, dünyada 31 mindən yuxarı BMT ilə əməkdaşlıq edən QHT-lərin yalnız 146 -nın ən yüksək statusla üzv olduğu bu siyahıda Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası, Beynəlxalq Rotari, BMT Assosiasiyaları üzrə Dünya Federasiyası, BMT-yə Dəstək Fondu, Dünya Müsəlmanları Liqası, Beynəlxalq Dünya Baxış, Uşaqların Xilası Beynəlxalq Təşkilatı, Beynəlxalq Ticarət Palatası, Sosialist İnternasionalı, Dünya Veteranları Federasiyası, Əhali və İnkişaf naminə Parlamentarilərin Asiya Forumu və digər nüfuzlu təşkilatlar yer alıb. Umud Mirzəyevin sözlərinə görə bu siyahıda Azərbaycandan olan QHT-lərin sayı arta bilər. Sadəcə bu QHT-lər qarşılarına məqsəd qoymalı, yorulmadan bu istiqmətdə çalışmalıdırlar. BAMF isə öz növbəsində konsultasiya və texniki dəstək baxımından daim bu QHT-lərə yardım etməyə hazırdır. Bu istiqamətdə vətəndaş cəmiyyətinin müstəqil təmsilçisi , beynəlxalq statuslu təşkilat olmaqla BAMF-ın bütün dövlət qurumları ilə səmimi əməkdaşlıq əlaqələri və uğurlu tərəfdaşlığı da digər QHT-lərə də örnək təcrübə ola bilər.

Daha sonra iştirakçılara BAMF-ın tədbir üçün xüsusi olaraq hazırladığı, ECOSOC-un Dəstək və Koordinasiya İdarəsinin QHT bölməsinin rəhbəri Mark- Andre Dorelin BMT-nin İqtisadi Sosial Şurası ilə əməkdaşlıq etmək , üzv olmaq arzusunda olan təşkilatlara tövsiyələrinin yer aldığı video müraciət təqdim olundu. BAMF prezidentinin müavini Ramil Əzizov və köməkçisi Anastasiya Lavrina BMT-nin İqtisadi Sosial Şurasına üzvlüklə bağlı qaydalar və şərtlərlə bağlı xüsusi təqdimatlar etdilər. Tədbirə qatılan Xarici İşlər Nazirliyinin təmsilçisi Qurban Abbaslı bu tipli tədbirin çox vacib əhəmiyyət daşıdığını, təmsil etdiyi dövlət qurumunun bu məsələyə xüsusi önəm verdiyini bildirdi.

Görüşün baş tutmasına görə həm BAMF prezidenti Umud Mirzəyevə, həm də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə minnətdarlığını bildirən Qurban Abbaslı Azərbaycan XİN-in Azərbaycanı təmsil edən və BMT-nin İqtisadi Sosial Şurasına üzv olmaq üçün potensialı olan vətəndaş cəmiyyəti təmsilçilərinin inkişaf etməsində, fəaliyyətlərinin daha da genişləndirməsində maraqlı olduqlarını bildirdi.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə təmsilçisi Rəşad Hüseynov isə Azərbaycanın vətəndaş cəmiyyətininin təmsilçilərinin aparıcı üzvlərinin BMT strukturları ilə əməkdaşlığını yüksək qiymətləndirdiklərini dedi. O, bildirdi ki, təmsil etdiyi qurum Azərbaycan QHT-lərinin BMT-nin İqtisadi Sosial Şurası ilə əməkdaşlığı istiqamətində görülən bütün fəaliyyətləri dəstəkləməyə hazırdır.
Toplantı daha sonra müzakirə formatında davam elədi. Tədbirdə iştirak edən "ASAN Könüllüləri" GənclərTəşkilatı İctimai Birliyi, Demokratik İslahatçı Gənclər İctimai Birliyi, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı İctimai Birliyi, "Dostluq" gənclərin əlaqələndirmə mərkəzi ictimai birliyi,"Azəri Gənclər Alyansı" İctimai Birliyi, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi, Azərbaycan Respublikası “Azərbaycan RUH” Komitəsi, Əlil Təşkilatları İttifaqı (ƏTİ),"Qadın Liderliyi Uğrunda" İctimai Birliyi, Memarlıq,inşaat və Dizayn” ictimai birliyinin rəhbər və nümayəndələri BAMF təmsilçilərinə onları maraqlandıran sualları ünvanladılar.


Kateqoriya : SOSİAL Baxış sayı : 136

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...