CƏMİYYƏT
A- A A+

Azərbaycanlı deputat ATƏT PA-nın payız sessiyasında Ermənistan nümayəndə heyətinə tutarlı cavab verib

2017-10-06 08:25:57

Andorrada keçirilən ATƏT PA-nın payız sessiyasının sonuncu günü stabilliyi və inkişafı təmin edən təhsil sisteminin roluna həsr edilib

Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü Elşad Həsənov ölkəmizdə təhsil sahəsində qazanılan uğurlar haqqında məlumat verib. Deputat bildirib ki, dünyada sabitlik və inkişafın əldə edilməsində təhsil son dərəcədə mühüm rol oynayır. Yüksək keyfiyyətli təhsil bu və ya digər cəmiyyətin tərəqqisini şərtləndirən amilə çevrilib. Məhz buna görə təhsilə yatırılmış sərmayələr həm bir fərd kimi insanın inkişafına, həm də bütöv cəmiyyətin çiçəklənməsinə qoyulmuş vəsait olur. Təhsilin Azərbaycanda prioritet istiqamətlərdən olduğunu ATƏT PA üzvlərinin nəzərinə çatdıran Elşad Həsənov bildirib ki, hökumət hər il yeni məktəblərin tikintisinə və təhsil ocaqlarının maddi-texniki bazasının təkmilləşdirilməsinə dövlət büdcəsindən böyük vəsaitlər ayırır. 2004-cü ildən bəri respublikada 3000-dən çox məktəb inşa edilib və ya yenidən qurulub. Ölkə əhalisinin savadlılıq dərəcəsi yüz faizə çatmaq üzrədir, minlərlə gənc dövlət hesabına Avropa və Amerikanın adlı-sanlı ali təhsil ocaqlarında təhsil almaq imkanı qazanıb. Deputat vurğulayıb ki, təhsil və elm sahəsinə yönəldilmiş maliyyə vəsaitləri dinamik və sabit inkişafı təmin edir, yaşayışın keyfiyyət və standartları yüksəldir.

“Bu gün iqtisadi tənəzzülün yaşandığı və hökumətlərin sərt qənaət tədbirlərinə əl atdığı bəzi region ölkələrində bu siyasət təhsil sahəsindən yan keçməlidir. Əks-halda bu hal ziyanlı ola bilər. İqtisadi qənaət tədbirlərinin təhsilə təsir etməyəcək digər üsullarına əl atmaq çox vacibdir”, deyən Elşad Həsənov əlavə edib ki, Azərbaycanda təbii resursların istismarından əldə edilən vəsaitin insan resurslarına yönəldilir və bununla da gənc nəslin gələcəyi təmin olunur. Deputat ATƏT-ə səylərini təhsil sahəsində cəmləməyi, münaqişələrin qarşısının alınması, münaqişədən sonrakı bərpa və barışıq üçün fəaliyyətini gücləndirməyi tövsiyə edib. Sonra Ermənistan nümayəndə heyəti üzvü Azərbaycanın təhsil sistemində yer alan ermənilərə qarşı guya ksenofobiya hallarının mövcudluğundan bəhs edib.

Erməni deputatın cəfəng fikirlərinə cavab verən nümayəndə heyətimizin üzvü Kamran Nəbizadə onun Azərbaycanın təhsil sistemi barədə yanlış məlumatlar verməklə ölkəmiz haqqında mənfi təsəvvür yaratmaqda, həqiqətə uyğun olmayan iddialar yaymaqda ittiham edib. Deputat ATƏT PA üzvlərinin nəzərinə çatdırıb ki, məhz Ermənistan kimi monoetnik ölkədə başqa millətlərə qarşı dözümsüzlük, xüsusilə də insanlara uşaq yaşlarından azərbaycanlılara və türklərə qarşı nifrət hissi aşılanması halları müşahidə edilir. K. Nəbizadə bildirib ki, məhz Ermənistanda Zori Balayan və ona bənzərlərin “azərbaycanlıları öldürməkdən həzz almaq lazımdır” kimi faşist tipli bəyanatlarına qəhrəmanlıq donu geyindirilir və bu, artıq dövlət səviyyəsində aparılan ksenofobiya siyasətinə çevrilir.

Deputat xatırladıb ki, Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan çox insan öz doğma torpaqlarından didərgin düşüb, yeni nəslin bir hissəsi bu təcavüz nəticəsində öz doğmalarını itirib və onlardan tolerantlıq hissini gözləmək çətindirsə də, Azərbaycan dövləti hər zaman həmin insanları erməni xalqına qarşı yox, bu ölkəni uçuruma aparan erməni siyasətçilərinə və ordusuna qarşı mübarizəyə yönəldir. K.Nəbizadə qeyd edib ki, respublikada mövcud olan tolerantlıq siyasətinə sadiq qalaraq ölkə rəhbərliyi Dağlıq Qarabağda yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarının haqlarını qorumağa hazır olduğunu dəfələrlə bəyan edib.

Sonda deputat Ermənistan nümayəndə heyətini qeyri-konstruktiv mövqedən əl çəkməyə, mövzudan kənara çıxaraq ATƏT Parlament Assambleyasının platformasını yalan məlumatlar yaymaq üçün alətə çevirməməyə çağırıb.(Azərtac)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 331

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...