CƏMİYYƏT
A- A A+

Deyəsən, Orta Şərqi münaqişəsiz heç zaman görməyəcəyik

2017-10-04 10:05:06

.

Orta Şərqdə, xüsusilə, müsəlman dünyasında, münaqişə ocaqlarında gedən prosesləri narahatlıqla izləyirik. Münaqişənin biri həll olunmamış digəri biri alovlanmağa başlayır. Sanki dirijor çubuğu ilə idarə olunan bu proseslər regionu ancaq fəlakətə sürükləyir. Heç şübhəsiz ki, bəzi dairələrə məxsus beyin mərkəzlərinin, gözə görünən və görünməyən qüvvələrin layihəsi olan belə münaqişələr məqsədli şəkildə uzadılır. Görəsən, birbaşa insanlıq əleyhinə, islam dininə qarşı yönələn belə prosesləri niyə dayandırmaq mümkün olmur?

Politologiyada, elmi nəzəriyyələrdə göstərilən metodologiyalar, Qərbin əlində bayraq etdiyi beynəlxalq hüquq nağılı təəssüf ki, kağız, üzərində, kitablarda qalır. Belə layihələri cızan dairələrdən mərhəmət gözləmək sadəlövlükdür. Təbii ki, ikili standartlardan, separatizmə dəstəkdən uduzan isə qlobal geosiyasət və həmin münaqişə bölgələrində yaşayan dinc insanlardır. İkili standartlar tədricən beynəlxalq hüquq sistemini iflic vəziyyətinə salır. Şübhə yoxdur ki, bundan sonra da meydana paradoksal geosiyasi situasiyalar çıxacaq. Bu da münaqişələrin həllinə əngəl olacağı fikrini bir daha təsdiqləyir. Əlqərəz bu siyasi proseslərdə səmimiyyət axtarmaq mənasızdır.

Bir anlıq nəzər salaq Əfqanıstanda, İraqda, başqa müsəlman ölkələrində hərbi münaqişlər necə yarandı. Hətta o dövrdə, yəni 80-ci illərə kimi həmin regionu tədqiq edən, ora gedib-gələn tərcüməçi kimi çalışan azərbaycanlılar da bu fikirləri təsdiqləyirlər ki, vaxtılə Əfqanıstanda şahlıq dövründə indikindən fərqli olaraq normal həyat tərzi olub. Təbi ki, o anlama gəlməsin, əfqan xalqı kef çəkirdi. Hər halda həmin ölkənin əhalisi belə demək mümdürsə zamanın tələblərinə, ölkənin iqtisadi potensialına uyğun yaşayırdı. Sovet İttifaqı ilə ABŞ-ın hərbi poliqonuna çevrilən kimi Əfqanıstan çokməyə başladı. Əfqanıstana ixrac olunan azadlıq, əgər buna azadlıq demək mümkündürsə, görün ölkəni hara gətirib çıxarıb.

Geopolitik maraqlara, regionun sərvətlərinin yenidən bölüşdürülməsinə xidmət edən digər layihə, oxşar ssenari İraqda baş tutdu. Dünyanın ən zəngin neft ölkələrindən biri olan İraqın başı fəlakətlərdən heç vaxt iraq olmadı.. 1988-89-cu illərdə iqtisadi inkişafa görə, siyasi ekspertlər İraqı Şərqin Yaponiyası adlandırırdılar Səddam Hüseynin Qərbə və xüsusilə, ABŞ-a meydan oxuması, nəhayət Küveytin işğalı İraqın çöküşünə zəmin yaratdı. İndi terror təşkilatlarından qurtulmağa can atan bu ölkə daha bir təlatümlə üzləşdi. Müsəlman dünyasında heç bir dəstək almayan İraqın Kürd Muxtariyyətinin müstəqillik referendumu keçirnəsi bölgəni yeni münaqişə, müharibə meydanına çevirəcəyi şübhəsizdir. Kürdüstanın yaranması təkcə İran, İraq, Türkiyə üçün deyil, bütün region dövlətləri o cümlədən Suriya üçün təhdiddir.

Bütün bu prosesləri izlədikcə, bu qənaətə gəlmək olar ki, regional konfliktlərin həllinə mane olan faktorlar münaqişə tərəflərinin maraqlarından daha çox separatizmə dəstək verən, bu prosesləri idarə edən böyük qüvvələrin strateji maraqlarıdır. Bu çox təhlükəli gələcəkdir. Bir sözlə hazırkı məqamda Qarabağda və digər ərazilərdə separatçılara dəstək verən qüvvələr bu dəstəkdən imtina etsələr bir çox münaqişələrin çozülməsi xeyli tezləşər.

Bəs, Orta Şərqdə bu tipli münaqişələrdən qurtulmaq üçün nəyi etmək məqbul olar? İlk öncə islam silizasiyasına ehtiyac var. Əslində islam həmrəylinin zəif olması, bir çox hallarda Orta Şərqdə arzuolunmayan proseslərə rəvac verir. Şübhəsiz ki, münaqişənin dərinləşməsində, islam dininin gözdən salınmasında maraqlı qüvvələrin layihəsini ifşa etmək üçün islam dövlətləri və xalqları arasında səmimi həmrəyliyə ehtiyac var.

2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və bu sahədə mühüm addımların atılması çox zəruri idi. Bütün bu addımlar islam həmrəyliyinə önəmli töhfədir. Digər müsəlman dövlətlərinin belə addımlar atacağına ümid etmək olar. Ən əsası odur ki, islami dəyərlərin yayılmasına xidmət edən, islamın mahiyyəti ilə vəhdət təşkil edən belə həmrəylik toplumların, fərdlərin, müxtəlif məzhəb sabiblərinin öz potensialını, enerjisini dövlətin, cəmiyyətin dağılmasına deyil, onun inkişafına sərf edər. Əkrəm Bəydəmirli


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1302

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...

2019-08-08 12:35:16

İQTİSADİ
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1889-cu ildə “Kaspi” qəzetində ru...