İQTİSADİ
A- A A+

“Made in Azerbaijan” adı altında dünyanın böyük şəhərlərinə 5 ixrac missiyası aparılıb”

2017-10-03 12:05:27

.

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə ümumilikdə 79 şirkətin iştirakı ilə Almaniyaının Berlin şəhərinə, Əfqanıstanın Kabul şəhərinə, Pakistanın İslamabad, Ravalpindi və Lapor şəhərlərinə, Qətərin Doha şəhərinə, Qazaxıstanın Almata və Astana şəhərlərinə 5 ixrac missiyası həyata keçirilib.

Bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə deyilir. Bildirilir ki, bundan başqa, hesabat dövrü ərzində Azərbaycan məhsullarının təbliği məqsədilə “Azərbaycan meyvələri” və “Azərbaycan meyvə şirələri” adlı reklam roliklərinin çəkilişlərinə başlanılıb. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Gulfood 2017” Beynəlxalq Ərzaq Sərgisində və Almaniya Federativ Respublikasının Düsseldorf şəhərində keçirilmiş “Prowein 2017” Beynəlxalq Şərab Sərgisində yerli şirkətlərin vahid ölkə stendi altında iştirakı təmin edilib, Bolqarıstanın “Avropa 2001” jurnalında “Made in Azerbaijan” reklamı yerləşdirilib.

İxrac sənədlərinin əldə edilməsinə dəstək məqsədilə AZPROMO tərəfindən kənd təsərrüfatı, qida, yüngül və s. sənaye sahələrində fəaliyyət göstərən 100-dən artıq yerli şirkətə dəstək göstərilmiş və zəruri informasiya verilmişdir. Sahibkarlara ixrac prosedurları, sertifikatlaşma, xarici bazarlara çıxış, ixrac sənədlərinin əldə edilməsi, bazar araşdırmaları, beynəlxalq sərgilərdə iştirak, ixrac şöbələrin yaradılması və ixrac üzrə kadrların yetişdirilməsi kimi mövzularda zəruri informasiya dəstəyi göstərilib. Fındıq məhsulu üzrə dünya bazarı konyukturası araşdırılıb və hazırlanmış hesabat əsasında fermerlərə təqdimat keçirilib. Zaqatala rayonunda keçirilən təqdimata Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən fermerlər cəlb olunub.

“Azexport” portalı vasitəsilə fermerlər üçün yeni ixrac bazarlarına çıxış sahəsində geniş imkanlar yaradılıb.

Hesabat dövrü ərzində ixrac sənədlərinin əldə edilməsinə dəstək məqsədilə AZPROMO tərəfindən kənd təsərrüfatı, qida, yüngül və s. sənaye sahələrində fəaliyyət göstərən 100-dən artıq yerli şirkətə dəstək göstərilib və zəruri informasiya verilib. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli Fərmanına əsasən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində fəaliyyətə başlayan “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi (Mərkəz) sahibkarlıq subyektlərinin ixracat missiyasını daha rahat və asan həyata keçirməsinə dəstək göstərir.

Mərkəzdə İqtisadiyyat Nazirliyi tərəfindən mənşə və keyfiyyət sertifikatı, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fitosanitar və baytarlıq sertifikatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin ixracı üçün icazənin (sertifikatın) verilməsi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəni sərvətlərin ixracı üçün mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və videomaterialların, malların (məmulatların) və dini məzmunlu başqa məlumat materiallarının ixracına razılıq verilməsi xidməti göstərilir. Habelə, Mərkəz tərəfindən sahibkarlara məsləhətlərin verilməsi, bazar araşdırmaları, təlim və seminarlar, o cümlədən gömrük bəyannamələrinin ödənişsiz doldurulması xidməti də göstərilir.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 481

QHT və MEDİA

2019-05-22 21:50:37

QHT və MEDİA
"Azərbaycanın Milli Qəhrəmanları" silsil...
"Azərbaycanın Milli Qəhrəmanları" silsil...

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətin...

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...