TƏDQİQATLAR
A- A A+

Ermənilər Gürcüstanda hərəkətə keçdi: parçalanma planı

2017-10-03 11:40:55

Gürcüstanın ermənilər yaşayan Cavaxetiya bölgəsində qarşıdurma baş verib

Publika.az xəbər verir ki, Cavaxetiyanın Kumurdo kəndində ermənilər X əsrdən qalma kilsənin həyətində erməni xaçı qoymaq istəyib. İddia ediblər ki, bu erməni kilsəsidir. Gürcüstan polisi isə buna müdaxilə edib. Daha sonra qarşıdurma başlanıb.

"Bu, dövlətə qarşı qiyamın və separatizmin ilkin mərhələsidir”, - deyə "kavkazplus” saytı yazır.

Saytın məlumatına görə, Kumurdo kəndində 1830-ci ilə qədər heç bir erməni yaşamayıb: "Əslində bölgədə erməni təxribatı çoxdan hazırlanırdı. Hələ 2015-ci ilin yayında 180 erməni Gürcüstanın mədəni irsin mühafizəsi agentliyi tərəfindən Kumurdoda qədim gürcü kilsəsinin həyətində aparılan arxeoloji qazıntılarla bağlı Axalkalaki bələdiyyəsinin sədri Eduard Aqasaryana, Gürcüstan parlamentinin deputatı Samvel Petrosyana və erməni apostol kilsəsinin keşişi Babkenu Salbiyana şikayət edib. Şikayət məktubunda gürcü kilsəsində aparılan arxeoloji qazıntılarda "erməni sümüyünün” tapıldığı iddia olunur və kilsənin ermənilərə qaytarılması tələb olunur. Halbuki, orada ermənilərə aid heç bir sümük tapılmayıb. Kumurdoda baş verənlər ermənilərin başqalarının torpağında kilsələr tikərək, onu necə mənimsədiyini bir daha sübut edir”.

Sayt əlavə edir ki, Kumurdoda baş verən təxribata erməni ekstremistlər uzun müddətdir hazırlaşıb.

"Ermənistanın Cavaxetiyanın ermənilərə aid olması haqda separatçı fikirlər səsləndirən Serqey Minasyanı Tiflisə səfir göndərmək istəyi də buna hesablanmışdı. Lakin Gürcüstan hökuməti bu təyinata qarşı çıxdı. Bununla belə, erməni ekstremistlər Kumurdoda təxribatı təşkil etdilər. Maraqlıdır ki, bu təxribat həmin bölgədən keçən strateji əhəmiyyətli Bakı-Tiflis-Qars dəmiryolu xəttinin işə salınması ərəfəsində baş verir. Hədəf aydındır: dəmiryolunun keçdiyi regionda stabilliyi pozmaq. Lakin daha bir hədəf gürcü Pravoslav Kilsəsinə zərbə endirməkdir. Məsələ ondadır ki, ermənilər rəsmi olaraq 442 gürcü məbədinə iddia edir. Qeyri-rəsmi rəqəmlər isə 650-dir. Bu təxribatın törədilməsi aydınlaşdırmaq o qədər də çətin deyil. Belə ki, əgər təxribat baş tutsaydı və gürcü kilsəsi ermənilərə verilsəydi, bu 442 gürcü məbədinin də onlar tərəfindən mənimsənilməsi demək idi. Lakin təxribatın qarşısı vaxtında alındı”, - deyə sayt yazır.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 282

QHT və MEDİA

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

2018-06-20 09:15:36

QHT və MEDİA
Parisdə türk dünyası ilə bağlı silsilə t...
Parisdə türk dünyası ilə bağlı silsilə t...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans Beynəlxalq Türk M...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...