QHT və MEDİA
A- A A+

Cənub bölgəsində “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda iclas keçirildi

2017-10-02 22:15:26

Layihə

2 oktyabr 2017-ci il tarixində, Azərbay¬can Respub¬likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Cənub bölgəsində, Yardımlı rayonunda, Yeni Azərbaycan Partiyasının konfrans zalında, “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzinin yaradılması” layi¬hə¬sində nəzərdə tutulmuş “Şəhid ailələrininə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda iclas keçirildi.

İclası giriş sözü ilə açan layihənin direktoru, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Oruc ilk öncə iclas iştirakçılarından, Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda Şəhid olmuş hərbiçilərin və vətəndaşların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını xahiş etdi.

Sonra Sərraf Oruc həyata keçirilən layihə və mərkəzin yaradılması haqqında məlumat verərək, bildirdi ki, şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitlərinin almalarına və həmçinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicələrinin adiyyəti olan Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək, adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdan ibarətdir.

Şəhid ailələrinə, müharibə əlillərinə, ve¬teran¬larına və əhalinin həs¬sas təbəqəsi hesab olunan in¬sanlara qay¬ğı göstərmək həm cəmiy¬yətin, həm də dövlətin başlıca vəzifələ¬rin¬dən biridir! Şəhid ailələri və müharibə əlillərinin və veteranların əksər hissəsi son illər, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Fərman və Sərəncamlar haqqında qanunları bilmədikləri üçün onlara şamil edilmiş imtiyazlardan faydalana bilməyərək çox vaxt tibbi-sosial problemlərlə üzləşirlər. Bəzi aidiyyati olan icra orqanlarında, tibb müəssələrində şəhid ailələri və müharibə əlillərinə olan biganəlik və laqeyd münasibət onları mənən sarsıdır. Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtı-vaxtında müalicə almırlar.

Yardımlı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsəllər şöbəsinin müdiri Əfsanə Məmmədova çıxış edərək bildirdi ki, 65 min əhalisi olan Yardımlı rayonunda 87 şəhid ailəsi, onlardan 5 nəfəri ölümündən sonra Azərbaycanin Milli Qəhranı adna layiq görülmüşdür. 3 nəfər Əgqanstanda həlak olmuş, 4 nəfər Çernobıl əlili, 40 nəfər Qarabağ müharibəsi əlili və 156 nəfər müharibə veteranı vardır.

Yardımlı rayon İcra Hakimiyyətinin başçısı cəbab Ayaz Əsgərovun tapşırığına əsasən bu vətəndaşlar Yardımlı rayon İcra Hakimiyyətinin diqqət və qayğsı altında olaraq, onların tibbi-sosial məsələlərinin həlində yaxından köməklik göstərir, onlardan əlimizdən gələn köməkliyi əsirgəməmişik. Bu diqqət-qayğı var və bundan sonrada davam etdiriləcəkdir. Yardımlı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əkbərov şəhid ailələrinə, müharibə əlillərininə veteranlara və hərbi qulluqçulara Yardımlı rayon Xəstəxanasında göstərilən xiddmətdən və həmçinin müharibə əlilərini maraqlandıran, Vətəndaşların Respublikadan Kənarda Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicə olunmaları haqqında müharibə əlilrinə ətraflı məlumat verdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon Səfərbərlik və hazırlıq və Səfərbərlik üzrə zabiti baş-leytenat İlqar Qurbanov, Yardımlı rayon Dövlət Sığorta Komersiya Şirkətinin Yardımlı rayon şöbəsinin müdiri İlham Heydərov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Yardımlı rayon şöbəsinin sədri Hüseyin Vəliyev, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Yardımlı rayon şöbəsinin sədr müavini Nicat Alışov və digər iştirakçılar çıxış edərək fikirlərini bildirdilər.

Fact-info.az

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 242

QHT və MEDİA

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

2018-01-14 08:40:12

QHT və MEDİA
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...
“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifa...

“Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətindədir”. Bu barədə Avro...

CƏMİYYƏT

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

2018-01-12 09:35:45

CƏMİYYƏT
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...
Əzizağa Qənizadə: Azərbaycan Ordusunun h...

Azərbaycan Ordusunun hərb yolu ilə düşmən üzərində tam qələbə əldə etməsi şüb...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...