SİYASƏT
A- A A+

Səfir: Son 25 ildə Azərbaycan-İndoneziya münasibətlərində böyük uğurlar əldə olunub

2017-10-02 01:00:15

.

Azərbaycan ilə İndoneziya arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Bu gün ölkələrimiz müxtəlif layihələrdə birgə iştirak etməklə dünyada sülh, dözümlülük və demokratiya kimi dəyərləri fəal şəkildə təşviq edirlər. İndoneziya dinlərarası dialoqun həm ikitərəfli, həm də regional səviyyədə təbliğinə xüsusi önəm verir. Dünyanın ən çox müsəlman əhalisi olan İndoneziya bu gün həm İslam ölkələri, həm də əhalisinin çoxu müsəlman olan ölkələrlə davamlı olaraq fəal və sıx əməkdaşlıq edir.

Bu sözləri İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar AZƏRTAC-a açıqlamasında bildirib.

Səfir deyib ki, Azərbaycan-İndoneziya münasibətlərinin daha da sıx olmasını şərtləndirən digər bir xüsusiyyət ölkələrimizin dünyaya bəxş etdiyi ümumi dəyərlərdir. Azərbaycan və İndoneziya müsəlman ölkələri olaraq sülh, həmrəylik və multikulturalizm dəyərlərinin təbliğində də daim birgə əməkdaşlıq edirlər. İndoneziya ilə Azərbaycan arasındakı münasibətlər davamlı olaraq güclənir. Son 5 ildə ölkələrimizin nümayəndə heyətlərinin 60-dan çox səfər mübadiləsi baş tutub.

Son 25 ildə ölkələrimiz arasında münasibətlərdə böyük uğurların əldə olunduğunu vurğulayan Hüsnan Bəy Fənani deyib: “Bu günə qədər əldə etdiyimiz nailiyyətlərlə yanaşı, biz əlaqələrimizi daha da inkişaf etdirmək üçün bəzi sahələri daim diqqət mərkəzində saxlayırıq”. Səfir qeyd edib ki, İndoneziya 13 min 500-dən çox adadan ibarətdir. Burada 300-dən çox etnik qrup və 750-dək dil qrupu mövcuddur. Onların hər birinin öz musiqi alətləri, rəqs, incəsənət, memarlıqdan tutmuş döyüş sənətinədək özünəməxsus nadir mədəniyyəti və ənənələri var.

İndoneziyada ənənəvi döyüş növü olan “pencak-silat” Azərbaycanda da məşhurdur. Hazırda Azərbaycanda “pencak-silat” idman növünü öyrədən məktəblər fəaliyyət göstərir. Həmin məktəblərdə 5 min şagird bu idman növü üzrə qeydiyyatdan keçib. İndoneziyanın Bakıdakı səfirliyi Pencak-silat Federasiyası ilə birlikdə ölkələrimiz arasında daha sıx əməkdaşlıq əlaqələri qurmaq üçün fəal iş aparır. İndoneziyanın Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş sonuncu səfərin əsas məqsədi də Azərbaycanda “pencak-silat” tələbələri üçün təlimlər keçirmək.

Diplomat bildirib ki, Bakıda yaşayan indoneziyalılar da azərbaycanlı tələbələrin ənənəvi İndoneziya rəqslərini öyrənməsində yaxından iştirak edirlər. Onlar bu rəqsləri tələbələrə həm interaktiv, həm üzbəüz, həm kommunikativ, həm də adi yollarla tədris edirlər. Ölkələrimiz arasında təhsil sahəsində də yaxşı əməkdaşlığın olduğunu vurğulayan səfir deyib ki, İndoneziya hər il azərbaycanlı tələbələr üçün müxtəlif təqaüdlər təklif edir. O deyib: “İldən-ilə azərbaycanlı gənclərin İndoneziyada təhsil almaq həvəsinin artdığını müşahidə edirik. Həmçinin son iki ildə həm İndoneziyada, həm də Azərbaycanda illik mədəniyyətlərarası seminarlar keçirilib.

Hüsnan Bəy Fənani vurğulayıb ki, İndoneziya-Azərbaycan münasibətlərinin sıx olduğunu göstərən əsas amillərdən biri ölkələrimiz arasında ümumi maraqların, dəyərlərin və baxışların olmasıdır. İndoneziya və Azərbaycan multikulturalizm kimi dəyərlər üzərində işləməklə yanaşı, bu dəyərləri dünyaya çatdırmaq üçün böyük potensiala malikdir. Azərbaycanın və İndoneziyanın dünyaya bəxş edə biləcəyi ən yaxşı dəyərlər qarşılıqlı anlaşma ruhunu aşılayan multikulturalizm dəyərləridir. O əlavə edib ki, ölkələrimiz arasında keçmişdə olan ticari-iqtisadi əlaqələr bizim gələcək əməkdaşlığımız üçün yeni istiqamətlər müəyyən edə bilər. Son bir neçə ildə ölkələrimiz arasında ticarət, turizm, investisiya sahələrində də sıx əməkdaşlıq əlaqələri qurulur.

Səfir gələcəkdə iqtisadiyyat sahəsində əməkdaşlığın inkişaf edəcəyinə və ölkələrimiz arasında əlaqələrin vacib hissəsinə çevriləcəyinə əminliyini ifadə edib. “İkitərəfli münasibətlərimizdə daha parlaq gələcəyə ümid edirik. Əminəm ki, birgə əməkdaşlığımız daha uğurlu olacaq”, - deyə diplomat vurğulayıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 651

QHT və MEDİA

2019-10-14 07:55:50

QHT və MEDİA
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...
Fərid Şəfiyev: Məşhur terrorçuların qəhr...

Təəssüf ki, Ermənistanda radikal və döyüşkən millətçilik mühitində siyasi və ...

2019-10-12 16:50:30

QHT və MEDİA
Rusiyalı siyasi ekspert: "Azərbaycan Pre...
Rusiyalı siyasi ekspert: "Azərbaycan Pre...

"Azərbaycan Prezidenti İlham Əliyev Qaragin Njde ilə bağlı çıxışında heç bir ...

CƏMİYYƏT

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

2019-10-02 08:20:52

CƏMİYYƏT
Oljas Süleymanov azərbaycanlıları öz dər...
Oljas Süleymanov azərbaycanlıları öz dər...

“İnsanı əvvəl kitab, sonra məktəb tərbiyələndirir. İndi ədəbiyyat yaranmır. Ç...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...