MƏDƏNİ
A- A A+

“Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi

2017-10-01 23:30:53

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi ilə bağlı təqdimat olub

Layihə Türkiyənin “Zengin Yayıçılıq” kitab nəşri və satışı şirkəti ilə birlikdə həyata keçirilib. Tədbirdə məlumat verilib ki, bir il əvvəl “Zengin Yayıçılıq” şirkətinin rəhbəri Seving Fırat nazirliyə müraciət edərək Türkiyədə Azərbaycan ədəbiyyatını tanıdılması üçün birgə layihə həyata keçirməyi təklif edib. Nazirlik nəşr evinin bu təklifini dəstəkləyib. Ötən müddət ərzində "Zengin Yayıçılıq” Azərbaycan ədəbiyyatı nümunələrinin türk dilinə tərcüməsi və nəşrini, habelə ölkədə satışının təşkil edib. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”, Əbdürrəhim bəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”, Yusif Vəzir Çəmənzəminlinin “Qan içində”, İlyas Əfəndiyevin “Körpüsalanlar”, Mir Cəlal Paşayevin “Bir gəncin manifesti”, Yusif Səmədoğlunun “Qətl günü” əsərləri Türkiyə kitabsevərləri arasında maraqla qarşılanıb. Əsərləri türkcəyə əslən Azərbaycandan olan yazıçı-tərcüməçi Yurtsevən Şen çevirib. Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, naşir Seving Fırat, tərcüməçi Yurtsevən Şen, Respublika Kitabxana Kollektorunun direktoru Ələddin Əsədov çıxış ediblər. Çıxışlarda layihənin əhəmiyyəti qeyd edilib. Bildirilib ki, Azərbaycan ədiblərinin kitabları 40 min ümumi tirajla çap olunub. Təqdirəlayiq haldır ki, artıq ilk kitabların satışından əldə edilən vəsait növbəti əsərlərin nəşr xərcini ödəyir. Sonra tədbir iştirakçıları və sərginin ziyarətçiləri “Zengin Yayıçılıq” stendində nümayiş etdirilən kitablarla tanış olublar.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 285

QHT və MEDİA

2018-05-25 09:25:44

QHT və MEDİA
Heydər Əliyev Fondunun təşkilatçılığı il...
Heydər Əliyev Fondunun təşkilatçılığı il...

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr ed...

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...