SİYASƏT
A- A A+

Azərbaycan XİN ABŞ-ın Miçiqan ştatının Senatının qəbul etdiyi qətnaməyə münasibət bildirib

2017-09-30 09:15:47

.

ABŞ-ın xarici siyasəti federal hökumət tərəfindən müəyyən olunur. ABŞ hökuməti üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Miçiqan ştatının Senatının Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tanımasına dair qətnamə qəbul etməsi barədə xəbərə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib: “ABŞ-ın bu mövqeyi sentyabrın 22-də BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində GUAM Xarici İşlər Nazirləri Şurası və ABŞ arasında keçirilmiş görüşdə qəbul edilmiş yekun bəyanatda bir daha öz təsdiqini tapıb. Bəyanatda ABŞ-ın Helsinki Yekun Aktına uyğun olaraq GUAM üzv dövlətlərinin suverenliyi və ərazi bütövlüyünə sadiqliyi bir daha bəyan edilir. Həmçinin GUAM-a üzv dövlətlərin məruz qaldıqları gücdən istifadə təhdidinə münasibətdə narahatlıq ifadə olunur”.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlar yolu ilə həllinə və regionda davamlı sülhün təmin olunmasına töhfə vermək əvəzinə Ermənistan və ABŞ-dakı erməni lobbisi və onun təsiri altında olan bəzi şəxslər özlərini gülünc vəziyyətinə qoyan bu kimi lüzumsuz fəaliyyətlə məşğul olurlar.


Kateqoriya : SİYASƏT Baxış sayı : 947

QHT və MEDİA

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...