CƏMİYYƏT
A- A A+

“Washington Times”: ABŞ Konqresi Qafqaz regionunda baş verənləri düzgün anlamır

2017-09-29 08:25:49

“Washington Times” qəzetində Amerika Xarici Siyasət Şurasının böyük elmi işçisi doktor Stiven Blankın məqaləsi dərc edilib.

Məqalə müəllifinin fikrincə, Amerikada bəzi qanunvericilərin fəaliyyəti ABŞ-ın Cənubi Qafqaza münasibətdə xarici siyasətinə uyğun deyil.

Müəllif yazır ki, ABŞ Konqresi Amerika Konstitusiyasına əsasən ölkənin icra hakimiyyətinə həvalə edilmiş xarici siyasətin həyata keçirilməsi zamanı Amerikanın Qafqazdakı maraqlarına münasibətdə ciddi səhvlərə yol verir. Məsələn, bu yaxınlarda Konqres guya Azərbaycanda “insan haqları sahəsində nöqsanlara” görə, ona qarşı sanksiyalar tətbiq olunacağı barədə hədə-qorxu gəlib, eyni zamanda, Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üçün az bir məbləğ ayırıb. S.Blank yazır ki, Ermənistanın hətta məbləğdə minimal da olsa, maliyyələşdirilməsi vəziyyəti yalnız gərginləşdirir.

Azərbaycanın Dağlıq Qarabağ regionunun minalardan təmizlənməsi üçün vəsait verilməsi barədə sənədlərdə həmin regionun Ermənistan tərəfindən işğal edilməsi faktı göstərilmir. Ona görə də bu qərar ABŞ-ın xarici siyasət kursunun ifadəsi olmaqdan daha çox, onun daxili siyasətindəki nüansların nəticəsidir. Əhalisinin tərkibində ermənilərin üstünlük təşkil etdiyi dairənin təmsil edən konqresmen üçün bunun fərqi yoxdur, çünki o, ABŞ-ın xarici siyasətini inkişaf etdirməkdən daha çox, öz seçicilərinin dəstəyini qazanmaqda maraqlıdır.

Yetərli və ya adekvat biliklər olmadığı halda bu cür kobud siyasi fəaliyyət xəttinin hazırlanması Qafqazda insan haqları və sülhün qorunması məsələsində ABŞ-ın maraqlarının inkişafına da mənfi təsir göstərir. Konqres Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən işğal edilməsi faktına etinasızlıq göstərməklə, bəlkə də özü istəmədən, Bakıya onun problemləri ilə maraqlanmadığını nümayiş etdirir.

Doktor Blank məqaləsinin sonunda yazır ki, ABŞ bu regionda strateji baxımdan ağlabatan siyasət yürütməli və region ölkələrinin dinamikasını daha tam anlamalıdır. Nəhayət, bu, həm ABŞ-ın mənafelərini, həm də hamılıqla qəbul edilmiş dəyərlərin geniş yayılmasında irəliləyişi təmin etməyin daha səmərəli üsuludur.(Azərtac)


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 259

QHT və MEDİA

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

2018-05-23 07:55:44

QHT və MEDİA
Kaliforniya qubernatoru: Azərbaycan düny...
Kaliforniya qubernatoru: Azərbaycan düny...

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Xalq Cümhuriy...

CƏMİYYƏT

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

2018-05-21 08:10:20

CƏMİYYƏT
ABŞ Konqresi və “Heritage” fondunda Tran...
ABŞ Konqresi və “Heritage” fondunda Tran...

ABŞ Konqresində “Trans-Xəzər regionun geostrateji əhəmiyyəti və perspektivlər...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...