MƏDƏNİ
A- A A+

“Bakı simfoniyası” kitabının təqdimatı olub

2015-06-06 09:25:14

Təqdimat mərasimi

Xarici İşlər, Mədəniyyət və Turizm nazirlikləri, “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (ASC) və “Silk Way” şirkətinin dəstəyi ilə “İRS Publishing House” tərəfindən hazırlanmış “Bakı simfoniyası” kitabının “Four Seasons” otelində təqdimat mərasimi keçirilib.

Mərasimi açan layihənin rəhbəri, “İrs” jurnalının baş redaktoru Musa Mərcanlı nəşrin əhəmiyyətindən danışıb. Bildirib ki, paytaxtımızın mədəni irsinə həsr olunmuş “Bakı simfoniyası” kitabı “İrs” seriyasından altıncı nəşrdir. Layihə çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, Naxçıvandan və Şəkidən bəhs edən nəşrlər işıq üzü görüb. Növbəti kitabın ərsəyə gəlməsində Azərbaycan fotojurnalistlərinin böyük əməyi olub. Bununla bağlı keçirilmiş müsabiqədə 120-dək fotoqraf iştirak edib. Bu kitabın başlıca məziyyəti onda qeyri-adi rakurslardan çəkilən fotoların yer almasıdır. Nəşrdə Bakının tarixi, müasir dövrü, nailiyyətləri haqqında yığcam informasiya verilir, şəhərin görməli məkanları barədə məlumatlar yer alır. Kitabın bir hissəsi “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunub. Nəşrin məqsədi Azərbaycanı xarici auditoriyaya daha yaxından tanıtmaqdır. Azərbaycan-rus və Azərbaycan-ingilis dillərində nəşr edilən kitab Bakıya gələnlər üçün çox yaxşı bələdçi rolunu oynayacaq.

Nəşrin məsləhətçisi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, bir neçə gündən sonra ölkəmiz möhtəşəm idman tədbirinə ev sahibliyi edəcək. Bu tədbiri həyəcanla gözləyən hər kəs, eyni zamanda şəhərin gündən-günə dəyişdiyinin və gözəlləşdiyinin şahidi olur. Şübhəsiz ki, Bakıya gələn qonaqlardan kimsə şəhərin bu və ya digər guşəsini görəcək, kiminsə yolu həmin yerdən düşməyəcək. Bu baxımdan paytaxtımızın hərtərəfli təqdim edilməsində “Bakı simfoniyası” kitabının böyük əhəmiyyəti var. O, Bakıya yeni nəzər nöqtəsindən baxmağa imkan verir. Simfoniya musiqi əsəridir. Azərbaycan memarlığı da bir simfoniyaya bənzəyir. Bu kitab şəhərimizin qonaqlarına Bakının memarlığının bir o qədər nəzərə çarpmayan notlarını, akkordlarını çatdıracaq.

Mərasimdə nəşrin Rusiyadan olan şef-redaktoru Andrey Vasilyevə, baş rəssamı Sergey Dyakova, baş fotoqraf Sergey Kivrinə mükafatlar təqdim edilib.

Rusiyalı qonaqlar, habelə “Silk Way Travel” şirkətinin direktoru Şirzad Əfəndiyev, Azərbaycan Xarici İşlər Nazirliyinin informasiya idarəsinin rəisi Cavanşir Məmmədov, “PAŞA Həyat Sığorta” ASC idarə heyətinin sədri Mürsəl Rüstəmov layihənin əhəmiyyətindən danışıblar.

“Bakı simfoniyası” kitabının bölmələri də musiqi terminləri ilə adlandırılıb: “Uvertüra”, “Alleqro”, “Adajio”, “Koda”. Birinci Avropa Oyunları nəşrin “Adajio” hissəsində yer alıb. Burada həmçinin Azərbaycanda idmanın inkişafı, bu sahədə qazanılan uğurlar da əksini tapıb.

 Nəşr son illər Azərbaycan paytaxtının beynəlxalq festival, forum, simpoziumların, mötəbər idman yarışlarının keçirildiyi məkana çevrilməsi barədə əyani təsəvvür yaradır, həmçinin perspektivləri diqqətə çatdırır.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1298

QHT və MEDİA

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

2018-06-20 09:15:36

QHT və MEDİA
Parisdə türk dünyası ilə bağlı silsilə t...
Parisdə türk dünyası ilə bağlı silsilə t...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans Beynəlxalq Türk M...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...